Valyuta.com

Hindistan dünyada tibb turizminin əsas istiqamətlərindəndir

Hindistan dünyada tibb turizminin əsas istiqamətlərindəndir

Bakıda “Hindistan – tibbi xidmət üçün seçilmiş məkan” mövzusunda seminar keçirilib.
Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna tədbirdə çıxış edərək, ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini bildirib. Səfir diqqətə çatdırıb ki, Hindistan artıq 27 ildir Azərbaycanla diplomatik münasibətlər qurub. Qeyd olunub ki, Azərbaycanın neft və təbii qazının Hindistan üçün enerji tələbatının təminatı baxımından böyük əhəmiyyət kəsb etməsi ilə yanaşı, hər iki ölkə digər sahələrdə də, xüsusən, əczaçılıq və tibb turizmi üzrə əlaqələr qurub.
Bavitlunq Vanlalvavna həmçinin qeyd edib ki, hazırda Hindistan dünyada tibb turizminin əsas istiqamətlərindən birinə çevrilib. Hər il ölkəyə xaricdən yarım milyon pasiyent gəlir. Onları bu ölkəyə həkimlərin yüksək peşəkarlığı və prosedurların əlverişli qiymətləri cəlb edir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Samir Abdullayev bildirib ki, Hindistan qədim və zəngin tarixə malik ölkədir. Burada Qərb və Şərqin fəlsəfəsi birləşir. S.Abdullayev həmçinin xatırladıb ki, 2004-cü ildən Bakıda yüksəkixtisaslı həkimlərin çalışdığı Hindistan klinikası fəaliyyət göstərir.
Tədbirdə tibb sahəsində hindistanlı ekspertlər Ariba Adib “Hindistanda ümumi tibbi yardım” və Maina Fillips “Sağlamlıq, Ayurveda və Hindistanda turizm” mövzularında məruzələrlə çıxış ediblər.
“Heyrətamiz Hindistan” adlı qısametrajlı filmin nümayişindən sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.шаблоны для dle 11.2





Mart 2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova