Valyuta.com

Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin I Beynəlxalq Konqresi

Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin I Beynəlxalq Konqresi

Bakıda Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin “Daha yaxşı gələcək quraq” şüarı altında birinci Beynəlxalq Elmi Konqresi keçirilib.
Üçgünlük tədbirin açılış mərasimində iştirakçılar əvvəlcə Cəmiyyətin fəaliyyətindən bəhs edən videoçarxa baxıblar.
Cəmiyyətin sədri professor Çingiz Rəhimov konqresdə yerli tibb qurumlarının nümayəndələri ilə yanaşı, ABŞ, Rusiya, Tailand, Niderland, Almaniya, Böyük Britaniya, İran, Türkiyə, İtaliya, Hindistan və Gürcüstandan tibb elmi məktəblərinin tanınmış mütəxəssis və alimlərinin də iştirak etdiyini diqqətə çatdırıb. Sədr konqresə 400-dən çox mütəxəssisin qatıldığını və 130-dan çox elmi məqalənin təqdim edildiyini bildirib.
Elmi forumda ağız və üz-çənə cərrahiyyəsinin müasir tədqiqatlarına dair müxtəlif mövzularda məruzələr dinlənilib və fikir mübadiləsi aparılıb.
Kütləvi informasiya vasitələri nümayəndələri üçün keçirilmiş mətbuat konfransında Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin sədri professor Çingiz Rəhimov bildirib ki, konqresin keçirilməsində əsas məqsəd ağız və üz-çənə cərrahiyyəsi ixtisasına dair bilik və təcrübələri yerli və xarici həmkarlarla bölüşmək, habelə beynəlxalq əməkdaşlıq qurmaq və bu sahədə yeni nailiyyətləri təşviq etməkdir. O, son nəticədə, başlıca məramın əhaliyə əlçatan və keyfiyyətli xidmət göstərmək olduğunu vurğulayıb.
Mətbuat konfransında çıxış edən beynəlxalq mütəxəssislər də təcrübə mübadiləsinin üz-çənə cərrahiyyəsinin bütün istiqamətlərinin inkişafına töhfə verəcəyini qeyd edib, yüksək səviyyədə təşkilatçılığa görə öz minnətdarlıqlarını bildiriblər.шаблоны для dle 11.2





Mart 2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova