Valyuta.com

Ortoped və travmatoloqlar çətin müalicə olunan xəstəliklərdə müasir üsulları müzakirə ediblər

Ortoped və travmatoloqlar çətin müalicə olunan xəstəliklərdə müasir üsulları müzakirə ediblər

Mərkəzi Neftçilər Xəstəxanasında “IX xəstəxanalararası ortopediya və travmatologiya müzakirələri” toplantısı keçirilib.
Problemli xəstəliklərin fərqli müalicə üsulları, ortopediya və travmatologiyanın müasir metodlarının ölkəmizdə tətbiqi ilə əlaqədar müzakirə və fikir mübadiləsi aparmaq məqsədi daşıyan tədbirin ilk hissəsi nəzəri-təcrübi təqdimatdan ibarət olub. Xəstəxananın həkimləri Vüqar Quliyev və Şəhriyar Fətullayev bel nahiyəsində olan fəqərə sınıqlarına yanaşma, müasir bərpa üsulları, xəstənin gündəlik həyata qaytarılması üçün zəruri tibbi tədbirlər barədə məruzə ediblər.
Toplantının sonrakı hissəsində ölkəmizin müxtəlif xəstəxanalarında çalışan ortoped və travmatoloqların çətin müalicə olunan xəstəliklər barəsində öz müalicə üsulları, bu sahədə digər ölkələrdə tətbiq edilən ən qabaqcıl müalicə formaları və onların tətbiq imkanları araşdırılıb.
Qeyd edək ki, belə toplantılar ötən ilin oktyabrından başlayaraq, ayda bir, bəzən iki dəfə keçirilir. Müzakirələr ölkəmizdə bu sahədə çalışan həkimlər arasında qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək, müalicəsi çətin xəstəlikləri araşdırmaq, ortaq həll yolları tapmaq məqsədi daşıyır və, ən əsası, xəstələrə yüksək səviyyəli xidmət göstərməyə, onların sağlamlığına xidmət edir.шаблоны для dle 11.2





Mart 2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova