Valyuta.com

Azərbaycanda vərəm xəstələrinin sayı ildən-ilə azalır

Azərbaycanda vərəm xəstələrinin sayı ildən-ilə azalır

Ölkəmizdə 6,8 mindən çox vərəm xəstəsi var. 2018-ci ildə 3,7 min nəfər ilkin olaraq vərəmlə xəstələnib, onlardan 84 faizi uğurla müalicə olunub. Vərəmə görə ölüm göstəricisi isə hər 100 min nəfər xəstəyə 4,5 təşkil edib.
Bu barədə Vərəm əleyhinə QHT koalisiyasının Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş tədbirində məlumat verilib.
Toplantıda çıxış edən Vərəm əleyhinə QHT koalisiyasının sədri Elçin Muxtarlı son illər xəstəliklə mübarizə sahəsində görülən işlərdən danışıb. Onun dediyinə görə, 2011-2018-ci illərdə 737 vərəm xəstəsi layihədən bəhrələnib. Qeyd olunub ki, qlobal vərəm epidemiyasına son qoyulması üçün həyata keçirilən tədbirlər nəticəsində xəstəlikdən ölüm faizi ildən-ilə azalır.
Səhiyyə Nazirliyinin nümayəndəsi Nailə Əliyeva, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun şöbə müdiri Sevinc Tağıyeva, Ədliyyə Nazirliyi Tibb İdarəsinin vərəm üzrə baş inspektoru Famil Məmmədov, Azərbaycan Qızıl Aypara Cəmiyyəti icraçı katibinin müavini Səbinə Məhbubi-İran çıxış edərək, vərəmin erkən aşkarlanması, bu xəstəlik sahəsində epidemioloji vəziyyət, həyata keçirilən layihələr və əldə olunan uğurlar, aparılan mübarizə tədbirləri barədə danışıblar. Tədbirdə çıxış edənlər xəstəliklə mübarizə aparmaq üçün təkliflər irəli sürüblər.
Koalisiya tərəfindən hazırlanmış “Qışın isti nəfəsi” sosial bədii filmi, həmçinin Ftuziatrlar və Pulmonoqlar İctimai Birliyinin hazırladığı maarifləndirici videoçarxlar nümayiş olunub.
Qeyd edək ki, Ümumdünya Vərəmlə Mübarizə Günü Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarı ilə hər il martın 24-də qeyd edilir. 1882-ci ildə vərəmin törədicilərini kəşf etmiş alman mikrobioloqu Robert Kox buna görə 1905-ci ildə tibb sahəsində Nobel mükafatına layiq görülüb. 1982-ci ildə ÜST və Beynəlxalq Vərəm və Ağciyər Xəstəlikləri ilə Mübarizə İttifaqı vərəmin törədicisinin - Kox çöplərinin aşkar edilməsinin 100 illiyi münasibətilə həmin günü təsis edib. Ümumdünya Vərəmlə Mübarizə Gününün keçirilməsinin başlıca məqsədi bu xəstəlik barədə əhalinin məlumatlılığını artırmaq, qlobal epidemiyanın ləğvi və profilaktika üsulları ilə əlaqədar səyləri birləşdirməkdən ibarətdir.шаблоны для dle 11.2





Mart 2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova