Valyuta.com

Sabirabad Mərkəzi Xəstəxanasında media-tur

Sabirabad Mərkəzi Xəstəxanasında media-tur

Səhiyyə Nazirliyinin regionlarda tibb müəssisələrinin şəraiti, kadr potensialı və orada əhaliyə göstərilən xidmətin keyfiyyəti barədə ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə təşkil etdiyi media-turlar çərçivəsində bu dəfə jurnalistlər Sabirabad rayonuna səfər ediblər. Kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri müasir tipli, ən yeni texnoloji standartlara cavab verən Sabirabad Rayon Mərkəzi Xəstəxanasının (RMX) fəaliyyəti ilə tanış olublar.
Sabirabad RMX-nın baş həkimi Yusif Quliyev Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına tikilmiş və 2017-ci ilin noyabr ayında istifadəyə verilmiş, üç korpusdan ibarət 205 çarpayılıq xəstəxananın ən müasir tibbi avadanlıqlarla, rəqəmsal rentgen aparatı, kompüter tomoqrafiya və flüoroqrafiya cihazları, exo kardioqrafiya və s. ilə təchiz olunduğunu diqqətə çatdırıb: “Xəstəxanada 8 çarpayılıq Dializ şöbəsi, reanimasiya palatası, cərrahiyyə blokları, müasir laboratoriya və digər müayinə otaqları fəaliyyət göstərir. Həmçinin burada ümumi terapiya, nevrologiya, ümumi cərrahiyyə, infeksion xəstəliklər, pediatriya, oftalmologiya, otorinolarinqologiya, şüa diaqnostikası və digər şöbələr mövcuddur. Üçüncü korpusda Sabirabadla yanaşı, ətraf rayonların sakinlərinə də xidmət göstərən Regional Perinatal Mərkəz yerləşir”.
Y.Quliyev RMX-ya müraciətlərin, o cümlədən əməliyyatların və doğuşların sayının əvvəlki illərlə müqayisədə iki dəfədən çox artdığını bildirib: “Ötən il tibb ocağında 112 min vətəndaş müayinədən keçib. Bu dövrdə 2884 sakində ilkin xəstəlik aşkar edilərək müalicəyə cəlb olunub, 416 xəstəyə stasionar müalicə yazılıb, 224 nəfər isə təkrar müayinə və müalicə üçün Bakı şəhərindəki ixtisaslaşmış klinikalara göndərilib. 2018-ci il ərzində doğuşların sayı təxminən 2000-ə qədər, qeysəriyyə əməliyyatlarının sayı 800-1000 arası, ümumi cərrahi əməliyyatların sayı isə 3000-dən artıq olub.
Hazırda dövlət başçısının göstərişinə əsasən xəstəxanamızda əhalinin kütləvi müayinəsi aksiyası keçirilir və may ayının 12-nə qədər davam edəcək. İlin əvvəlindən indiyədək burada 50 min nəfərdən çox rayon sakini pulsuz tibbi müayinə edilib. Xəstəlik aşkarlananlar müalicəyə, bir qismi stasionar müalicəyə cəlb olunub, bəziləri isə Bakı şəhərinin müxtəlif ixtisaslaşmış klinikalarına göndəriliblər”.
Baş həkim ən müasir tələblərə uyğun xidmət göstərən RMX-nın kadr potensialının da yüksək səviyyədə olduğunu, burada bütün sahələr üzrə mütəxəssislərin fəaliyyət göstərdiyini vurğulayıb: “Hazırda xəstəxanada 74 həkim və 150 tibb bacısı çalışır. Tibb müəssisəsinə Bakıdan yüksəkixtisaslı 5 həkim dəvət edilib. Əhaliyə göstərilən tibbi xidmət gündən-günə daha da yaxşılaşır”.
O, təmirdən sonra Sabirabad RMX-da ilk dəfə Azərbaycan Kardioloqlar Cəmiyyətinin geniş konfransının keçirildiyini, həmçinin Səhiyyə Nazirliyinin baş mütəxəssislərinin iştirakı ilə mama-ginekoloqların və neonatoloqların regional seminarlarının təşkil olunduğunu qeyd edib.шаблоны для dle 11.2





Mart 2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova