Valyuta.com

Milli Oftalmologiya Mərkəzi aksiyaları davam etdirir

Milli Oftalmologiya Mərkəzi aksiyaları davam etdirir

“Hazırda dünyada 7 milyard insandan 300 milyonu müxtəlif göz problemlərindən, 40 milyondan çoxu isə korluqdan əziyyət çəkir və bu rəqəm hər il artır. Ancaq vaxtında müayinə və müalicə etməklə, profilaktik tədbirlərlə korluq hallarının 80 faizinin, eyni zamanda, bəzi göz xəstəliklərinin qarşısını almaq mümkündür. Buna görə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi (MOM) ölkəmizdə korluğun qarşısının alınması üçün tədbirləri davam etdirir. Belə ki, bu günlərdə tibb ocağının Səyyar Klinikası Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının əməkdaşlarını oftalmoloji müayinədən keçirib”.
Bu haqda bizə Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən məlumat verilib: “AMEA-nın Mərkəzi Elmi Kitabxanasında çalışan əməkdaşlar gün ərzində 7-8 saat çalışır, akademiyanın alimləri, elmi işçiləri üçün lazımı kitab axtarışı ilə məşğul olur, qeydlər aparırlar. Çox vaxt gözlərinin kifayət qədər yorulmasının fərqində belə olmurlar. Bunu nəzərə alaraq, onlar üçün belə bir aksiya təşkil edildi”.
Bölmədən verilən məlumatda qeyd olunub ki, Mərkəzin mütəxəssisləri öncə gözlə bağlı yarana biləcək problemlərin qarşısının alınmasına kömək göstərmək məqsədilə Mərkəzi Elmi Kitabxanada çalışanlar üçün göz xəstəlikləri və onların profilaktikası haqqında seminar təşkil ediblər: “Toplantıda MOM bölmə rəhbəri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini Yazgül Abdıyeva göz xəstəliklərinin profilaktikasından danışdı, Səyyar Klinika haqqında məlumat verdi. Mərkəzin həkim-oftalmoloqu Könül Feyziyeva isə “Yaşla bağlı göz xəstəlikləri” mövzusunda çıxış etdi.
Sonra oftalmoloji müayinə aksiyasına başlanıldı və 134 nəfər kitabxana işçisi yoxlamadan keçdi. Mütəxəssislər katarakta, miopiya, astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və s. aşkarlanan pasiyentlərə lazımı məsləhətlər verdilər”.
Məlumatda Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının Şağan qəsəbəsində yerləşən 124 saylı orta məktəbdə və Şağan qəsəbəsi 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində humanitar aksiyalar keçirdiyi də bildirilib: “İki tədris müəssisəsində 200-dən çox insan müayinə olundu. Onların arasında daha çox ekzotropiya, akkomodasiyanın spazmı, konyunktivit, presbiopiya, çəpgözlük, miopiya, quru göz sindromu və astiqmatizm xəstəliyi aşkarlandı”.
Elmi-məlumat, tədris və təşkilati-metodik bölmədən digər tibbi aksiyanın Balakən rayonu sakinləri arasında keçirildiyi də bildirilib: “Rayon sakinlərinə Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası tibbi xidmət göstərdi. İki gün davam edən aksiya zamanı 162 nəfər müayinədən keçdi, 10 nəfər əməliyyat edildi. Müayinədən keçənlərdə ən çox presbiopiya, çəpgözlük, miopiya, quru göz sindromu, qlaukoma, astiqmatizm, katarakta müəyyən edildi”.
Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





Mart 2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova