Valyuta.com

“Hamiləlikdə inkişaf portalı”nın təqdimatı olub

“Hamiləlikdə inkişaf portalı”nın təqdimatı olub

Azərbaycan Tibb Universitetində Səhiyyə Nazirliyinin dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyinin hazırladığı “Hamiləlikdə inkişaf portalı”nın (www.hip.az) təqdimatı keçirilib.
Layihənin əsas məqsədi gələcək anaların sağlam hamiləlik dövrü keçirməsi, maarifləndirilməsi və sosial fəallığının artırılmasına dəstək göstərməkdir.
Portal qadınların sağlamlığına, akademik və sosial inkişafına müsbət təsir etməyə xidmət göstərən xüsusi proqramlardan ibarətdir. Burada hamiləlik dövründə sağlam qidalanma, düzgün həyat tərzi, vacib tibbi xidmətlərdən istifadə və digər mövzularda məlumatlar toplanıb.
Tədbirdə qeyd olunub ki, hamiləlik qadının həyatında həssas dövr hesab edilir və bu mərhələdə onların düzgün məsləhətlərə ehtiyacı var. Belə ki, qadının ailə üzvləri də hamiləliyin fizioloji gedişatı və baş verə biləcək fəsadlar barədə məlumatlı olmalıdırlar. Bu sahəyə aid olan vacib tibbi biliklərin cəmiyyətə təqdim olunması baxımından portal böyük əhəmiyyətə malikdir.
Təqdimat mərasimində layihə çərçivəsində UNICEF Azərbaycan, “Wowoman”, Psixi Sağlamlıq Mərkəzi, Bakı Pilates Mərkəzi, Yoqa Şahi və digər təşkilatlarla əməkdaşlıqdan bəhs olunub.шаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova