Valyuta.com

Gözün tor qişası Altsheymer xəstəliyindən xəbər verir

Gözün tor qişası Altsheymer xəstəliyindən xəbər verir

ABŞ-dakı Dyuk Universitetinin alimləri Altsheymer xəstəliyinin erkən mərhələdə aşkar edilməsi üçün yeni üsul tapıblar. Onlar iddia edirlər ki, gözün tor qişasını müayinə etməklə bu xəstəliyi hələ ciddi təzahür etmədən belə müəyyənləşdirmək mümkündür. Tədqiqatçılar bəyan edirlər ki, xəstəliyin inkişaf markeri gözün tor qişasının vəziyyətindəki spesifik dəyişikliklərdir.
Bu kəşf barədə “Ophthalmology Retina” jurnalında bəhs edilir.
Tədqiqatçılar hesab edirlər ki, gözün tor qişasının vəziyyətinə görə aparılan Altsheymer diaqnostikası bu xəstəliyi xeyli əvvəl – patologiyadan şübhələnməyə və onu müəyyənləşdirməyə şərait yaradan koqnitiv funksiyaların azalmasına uzun müddət qalanadək aşkarlamağa imkan verir. Mütəxəssislər bundan ötrü əsasən optik kogerent tomoqrafiyadan istifadə olunmasını təklif edirlər. Bu müayinənin köməyi ilə həkimlər gözün tor qişasının arxa hissəsindəki kapillyarlarda qan axınını öyrənirlər. Alimlər təsdiq edirlər ki, gözün tor qişasının qan təchizatında pozulmalar birbaşa Altsheymer xəstəliyinin inkişafı ilə assosiasiya edilir.
Alimlər 133 nəfər sağlam, 39 nəfər Altsheymer xəstəsi, həmçinin koqnitiv pozulmaların müşahidə edildiyi 37 nəfər üzərində müayinələr aparıblar. Optik kogerent tomoqrafiyanın köməyi ilə bütün iştirakçılarda gözün tor qişasının vəziyyəti yoxlanılıb. Bu üsulun təsirli olması məlum olub.
“Altsheymer xəstəliyi olan pasiyentlərdə qan damarlarında sıxlığın və qan təchizatının əhəmiyyətli dərəcədə azalması müşahidə edilib”, - deyə layihə müəllifləri qeyd ediblər.
Tədqiqatçılar ehtimal edirlər ki, onların təqdim etdikləri üsulla gözün tor qişasının vəziyyətinin yoxlanılması digər neyrodegenerativ xəstəliklərin də erkən mərhələdə, onların kliniki əlamətləri hələ sezilməyən vaxt aşkarlanmasına şərait yarada bilər.шаблоны для dle 11.2





]Fevral

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova