Valyuta.com

Azərbaycan Tibb Assosiasiyasının Neyrocərrahiyyə Dərnəyinin I Beynəlxalq Konfransı

Azərbaycan Tibb Assosiasiyasının Neyrocərrahiyyə Dərnəyinin I Beynəlxalq Konfransı

Sinir sisteminin anadangəlmə anomaliyaları son dövrlər aktual problemlərdən sayılır. Aparılan araşdırmaya görə, dünyada diri doğulan 1000 körpədən 6-11-i qüsurlarla anadan olur. Bətndaxili qüsurların diaqnostikası və korreksiyası neyrocərrahlarla yanaşı, həm də ginekoloq və nevropatoloqları ciddi narahat edən məsələlərdəndir.
Azərbaycan Tibb Assosiasiyasının Neyrocərrahiyyə Dərnəyinin I Beynəlxalq Konfransında həmin problem müzakirə olunub.
Konfransın açılışında çıxış edən Azərbaycan Tibb Universitetinin Neyrocərrahiyyə kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Rövşən Xəlilzadə qeyd edib ki, rəhbərlik etdiyi Azərbaycan Tibb Assosiasiyasının Neyrocərrahiyyə Dərnəyinin mütəmadi olaraq keçirdiyi konfrans və simpoziumlarda peşəkar mütəxəssislərin, o cümlədən xaricdən dəvət olunan tanınmış alimlərin təqdimatları, bilik və təcrübələrini bölüşməsi həkimlərin peşəkar fəaliyyətində faydalı rol oynayır.
İstanbul Kanuni Sultan Süleyman Egitim və Araşdırma Xəstəxanasının dosenti Ali Gedikbaşı, İstanbul Bilim Universitetinin dosentləri İbrahim Alataş və Hüseyn Canazın xəstəliklərin diaqnostikası və müalicəsi ilə bağlı məruzələri dinlənilib.
Azərbaycan Tibb Universitetinin Neyrocərrahiyyə kafedrasının dosenti Cəmil İskəndərov Tethered kord sindromunun cərrahi müalicəsinə həsr olunan təqdimatla çıxış edib.
Konfransda mövzular ətrafında müzakirələr aparılıb.шаблоны для dle 11.2





Fevral

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova