Valyuta.com

Şirvanda həkimlər üçün distant kurs təşkil olunub

Şirvanda həkimlər üçün distant kurs təşkil olunub

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əhaliyə müasir tibbi yardımın göstərilməsi üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək məqsədilə Şirvan şəhərində pediatrlar üçün distant kurs təşkil edib.
Kursa Şirvan şəhərində, Hacıqabul, Salyan və Sabirabad rayonlarında çalışan 34 nəfər pediatr, neonatoloq və təcili tibbi yardım həkimləri cəlb olunub.
İnstitutun Pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova həkim-dinləyicilərə distant dərslərin aparılması haqqında məlumat verib. Uşaq poliklinikasının tibb heyəti ilə keçirilən görüşdə onlara yeni yanaşmalar, uşaq hüquqları və digər aktual məsələlər barədə bilgilər çatdırılıb.
Səhiyyə nazirinin “Uşaqların icbari dispanserizasiyası işinin gücləndirilməsi” və “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası barədə” əmrləri ətrafında müzakirələr aparılıb. Qeyd olunub ki, Fəaliyyət Planına əsasən, ilin axırına qədər Şirvan şəhərində uşaqlara xidmət göstərən həkimlər, orta tibb işçiləri, psixoloq və pedaqoqlar üçün “İnkişafın Dəstəklənməsi və İzlənməsi üzrə Beynəlxalq Rəhbərliyin istifadəsi”nə dair təlim və “Uşaqlar arasında nadir rast gəlinən xəstəliklər” mövzusunda seminar keçiriləcək.шаблоны для dle 11.2





Fevral

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova