Valyuta.com

V Bakı – Malatya Orqan Transplantasiya Günləri

V Bakı – Malatya Orqan Transplantasiya Günləri

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında universitetin I Cərrahi xəstəliklər kafedrasının 100 illik yubileyinə həsr olunmuş V Bakı – Malatya Orqan Transplantasiya Günləri keçirilib. Tədbirdə azərbaycanlı həkimlərlə yanaşı, türkiyəli mütəxəssislər də iştirak ediblər.
Klinikanın direktoru, professor Surxay Hadıyev çıxış edərək, Bakı-Malatya Orqan Transplantasiya Günlərinin keçirilməsinin artıq ənənə halı aldığını və belə konfransların təhsilin, eləcə də səhiyyənin inkişafına töhfə verdiyini bildirib.
Tədbirdə çıxış edən Milli Məclisin səhiyyə komitəsinin sədr müavini, Milli Məclisin deputatı Musa Quliyev konfransın işini yüksək qiymətləndirib. Belə tədbirlərin peşəkar kadrların hazırlanmasında rolu olduğunu deyən M.Quliyev konfransın işinə uğurlar arzulayıb.
Malatya İnönü Universitetinin Qaraciyər Nəqli İnstitutunun rəhbəri, professor Sezai Yılmaz transplantologiyanın həssas sahə olduğunu qeyd edib və konfransın bilik mübadiləsi aparmaq baxımından əhəmiyyətini vurğulayıb.
ATU-nun I Cərrahiyyə xəstəliklər kafedrasının müdiri, transplantoloq, professor Nuru Bayramov çıxış edərək kafedranın tarixi, fəaliyyəti, klinikanın transplantologiya şöbəsində aparılan əməliyyatlar və yeniliklər haqqında ətraflı məlumat verib.
Konfrans öz işini məruzələrlə davam etdirib.шаблоны для dle 11.2





Fevral

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova