Valyuta.com

Gənc oftalmoloqların XII elmi-praktik konfransı keçirilib

Gənc oftalmoloqların XII elmi-praktik konfransı keçirilib

Naxçıvan Muxtar Respublikasında oftalmoloqların peşəkarlığının artırılması və müasir oftalmologiya elminin son nailiyyətlərindən istifadə daim diqqət mərkəzindədir. Bu məqsədlə həyata keçirilən tədbirlərdən biri də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə Naxçıvanda təşkil edilən Azərbaycanın gənc oftalmoloqlarının XII elmi-praktik konfransı olub.
“Müasir oftalmologiya elminin son nailiyyətləri və problemlər” mövzusuna həsr edilmiş konfransda xarici ölkələrdən və Azərbaycanın digər regionlarından gəlmiş mütəxəssislər “Keratokonusda üç mərhələli müalicə metodu”, “Keratoplastikadan sonra ekzimer-lazer cərrahiyyəsi, “Gözün dəlib-keçən yaralanmaların erkən fəsadların retrospektiv analizi”, “Uşaqlarda zəif görmənin reabilitasiyası, “Vision 2020” görmə hüququ proqramı formatında göz travmaları nəticəsində yaranan korluqla mübarizə strategiyası”, “Orbitanın patologiyasında şüa diaqnostika metodlarının əhəmiyyəti” və s. mövzularda məruzələr təqdim ediblər. Moskva Göz Xəstəlikləri İnstitutunun, Türkdilli Ölkələrin Oftalmoloji Cəmiyyətinin, Milli Oftalmologiya Mərkəzinin mütəxəssislərinin məruzələri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər və Heydər Əliyev Muzeyi ilə tanış olublar.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov çıxış edərək, Muxtar Respublikada səhiyyənin inkişafından və oftalmologiya sahəsində görülən işlərdən danışıb. O qeyd edib ki, Ali Məclis Sədrinin diqqət və qayğısı ilə səhiyyə sisteminin yenidən qurulması, müasir standartlara uyğunlaşdırılması, infrastrukturun və maddi-texniki bazanın yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir: “Bununla yanaşı, yüksək ixtisaslı tibbi kadrların hazırlanması da diqqət mərkəzində saxlanılır. Həkimlər müxtəlif ixtisasartırma kurslarına cəlb olunurlar, həmçinin konfranslar təşkil edilir, birgə müayinələr və cərrahi əməliyyatlar aparılır. Milli Oftalmologiya Mərkəzinin yüksək ixtisaslı həkim briqadaları hər il yerli həkimlərlə birgə çox sayda müxtəlif cərrahi əməliyyatları uğurla həyata keçirirlər, bu da əhalinin sağlamlığının qorunmasında, yerli həkimlərin təcrübələrinin artırılmasında əhəmiyyətli rola malikdir”.
Səhiyyə naziri Azərbaycan gənc oftalmoloqlarının XII konfransının Naxçıvanda oftalmologiyanın inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Naxçıvanda tibbi kadrların yetişdirilməsi istiqamətində görülən işlərdən danışıb.
Elmi-praktik konfransın keçirilməsinə verdiyi dəstəyə görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirən Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımov Naxçıvanda səhiyyənin inkişafı istiqamətində mühüm işlər görüldüyünü vurğulayıb. Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin də yarandığı gündən oftalmoloqların peşəkarlıqlarının artırılmasına öz dəstəyini əsirgəmədiyini, eyni zamanda, oftalmoloqların üzləşdiyi problemlərin həllinə kömək göstərdiyini diqqətə çatdırıb. E.Qasımov tədbirin məqsədinin gənc mütəxəssislərin göz xəstəlikləri ilə bağlı fikir mübadiləsi aparmasına şərait yaratmaq olduğunu bildirib.
Tədbirdə Türkdilli Ölkələrin Oftalmoloji Cəmiyyətinin sədri, göz cərrahı Sunay Duman, N.İ.Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin professoru Aleksey Yeqorov çıxış ediblər.
Sonra Milli Oftalmologiya Mərkəzinin fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Konfrans öz işini elmi məruzələrlə davam etdirib.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





Dekabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova