Valyuta.com

Səhiyyə iqtisadiyyatı üzrə təlim keçirilib

Səhiyyə iqtisadiyyatı üzrə təlim keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı” mövzusu üzrə təlim təşkil olunub. Üçgünlük təlimi açarkən İSİM-in direktoru Qəhrəman Haqverdiyev bildirib ki, səhiyyə sistemində genişmiqyaslı islahatların aparılması ölkə rəhbərliyi tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindəndir. Səhiyyə sistemində islahatların davam etdirilməsi, ölkə əhalisinin keyfiyyətli və əlverişli şərtlərlə tibbi xidmətlə təmin olunması “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında xüsusi yer tutur. Bu sənəddə səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni tibb müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidən qurulması, onların ən müasir tibb avadanlıqları ilə təchiz edilməsi, səhiyyə islahatlarının planlı şəkildə davam etdirilməsi nəzərdə tutulub.
Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov səhiyyə xidmətinin keyfiyyətinə tələbatın ildən-ilə yüksəldiyini vurğulayıb. O deyib ki, əhaliyə keyfiyyətli səhiyyə xidmətlərinin göstərilməsi Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin təməl prinsiplərindəndir. Tibb elminin, texnologiyaların sürətli inkişafı səhiyyə sahəsində islahatların aparılmasını, yeniliklərin tətbiqini zərurətə çevirir. Bu, fasiləsiz prosesdir və həmişə davam edəcək.
İranlı mütəxəssislərin iştirakı ilə təşkil olunan təlimdə səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi, islahatların aparılması, tibb müəssisələrinin maliyyələşməsi, xəstəxana xərclərinin idarə edilməsi kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, beynəlxalq təcrübə təhlil edilib və qiymətləndirilib.шаблоны для dle 11.2





Dekabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova