Valyuta.com

Uşaqlıq dövrünün nevroloji xəstəlikləri üzrə konfrans

Uşaqlıq dövrünün nevroloji xəstəlikləri üzrə konfrans

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ), Nevroloqların Milli Assosiasiyası və K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun birgə təşkilatçılığı ilə “Uşaqlıq dövrünün nevroloji xəstəlikləri” mövzusunda konfrans keçirilib.
Yerli pediatr, neonatoloq, nevropatoloq və psixiatrlarla yanaşı, xarici ölkələrdən mütəxəssislərin də iştirak etdiyi tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov ölkəmizdə səhiyyənin inkişafı istiqamətində görülən işlərdən, insanların sağlamlığı naminə atılan addımlardan danışıb. O, Azərbaycanda nevrologiyanın inkişafında ADHTİ-nin Nevrologiya və klinik neyrofiziologiya kafedrasının böyük rol oynadığını qeyd edib.
İnstitutun Nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri, Nevroloqların Milli Assosiasiyasının prezidenti professor Rəna Şirəliyeva bu tədbirin keçirilməsinin artıq ənənə halını aldığını bildirib. O, yerli uşaq nevroloqlarının çoxşaxəli elmi tədqiqat işləri apardıqlarını və uğurlar əldə etdiklərini diqqətə çatdırıb.
K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi professor Nəsib Quliyev bildirib ki, uşaqlarda rast gəlinən bir sıra nevroloji xəstəliklər vaxtında müalicə olunduğu halda müsbət nəticə əldə etmək mümkündür. Bu zaman həmçinin əlilliyin inkişafının qarşısı alına bilər. Azərbaycanda 2014-cü ildən başlayaraq, uşaqların icbari dispanserizasiyası davamlı olaraq keçirilir. Bu, xəstəliklərin vaxtında aşkar olunması, erkən diaqnozunun müəyyənləşdirilməsi və müalicə-sağlamlaşdırma tədbirlərinin aparılması baxımından əhəmiyyətlidir. Nevroloji xəstəliklər vaxtında aşkarlanıb qarşısı alınmadıqda uşaqlar arasında əlillərin sayı arta bilər. Ona görə də icbari dispanserizasiya vacibdir.
Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının professoru Amaliya Əyyubova və ADHT-nin Pediatriya kafedrasının professoru Elxan Rəsulov tədbirin əhəmiyyəti barədə danışıblar.
Konfransın birinci hissəsində professor R.Şirəliyeva pediatrik dağınıq sklerozun diaqnostikasında çətinliklər və səhvlər barədə məruzə edib. O deyib ki, cinsi yetkinlik yaşlarında qızlarda oğlanlara nisbətən dağınıq sklerozla bağlı risk 2-3 dəfə artıq olur və ona daha çox gənclər arasında rast gəlinir. Xəstəliyin uşaq yaşlarında aşkarlanması isə 3-5 faizə bərabərdir. Xəstəlik uşaqlarda kəskin və aqressiv başlasa da, onlar böyüklərə nisbətən remissiyaya daha tez çatırlar. Belə ki, uşaqlarda xəstəliyin kəskinləşmə dövrü 4 həftəyə kimi olur. Böyüklərdə isə həmin müddət 8 həftəyə kimi çata bilər.
Konfrans müxtəlif mövzularda məruzələrlə davam edib. Uşaqlarda irsi xəstəliklərin diaqnostika və müalicəsi, pediatrik dağınıq skleroz, epileptologiya, genetik diaqnostika və nevrologiyanın digər aktual məsələləri müzakirə olunub.
Sonra nevroloji viktorina keçirilib. Qaliblərə professor R.Şirəliyevanın üç cilddən ibarət “Nevrologiya” kitabı hədiyyə edilib.шаблоны для dle 11.2





Fevral

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova