Valyuta.com

Milli Məclisin növbəti plenar iclası keçirilib

Milli Məclisin növbəti plenar iclası keçirilib

Azərbaycan Demokratik Respublikası parlamentinin ilk iclasının 100 illiyi günündə Milli Məclisin növbəti plenar iclası keçirilib.
Toplantıda əvvəlcə cari məsələlər müzakirə olunub, sonra gündəlikdəki məsələlərə baxılıb.
İclasda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Psixoloji yardım haqqında” qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Bildirilib ki, layihə Milli Məclis rəhbərliyinin tapşırığı və Səhiyyə komitəsinin təşəbbüsü ilə yaradılan işçi qrupu tərəfindən hazırlanıb. Ölkədə psixologiya sahəsinin tanınmış mütəxəssisləri iş prosesində yaxından iştirak ediblər. Dünya ölkələrinin bu sahədə təcrübəsi öyrənilib. Sənədə parlamentin plenar iclasında birinci və ikinci oxunuşda baxılıb və təqdim olunan bir sıra təkliflər nəzərə alınıb. Diqqətə çatdırılıb ki, sənəd Azərbaycanda psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər psixoloji yardım sahəsində ölkə vətəndaşları ilə bərabər hüquqlara malikdirlər. Qanunda psixoloji yardımın növləri (psixoloji profilaktika və maarifləndirmə, psixoloji məsləhət, psixoloji dəstək, psixoloji diaqnostika, psixoterapiya, psixoloji reabilitasiya və psixoloji korreksiya, psixoloji ekspertiza, psixoloji treninq) təsbit olunur. Dövlət vətəndaşların vaxtında, keyfiyyətli psixoloji yardım almaq hüququna təminat verir. Psixoloji yardımın göstərilməsi könüllülük, konfidensiallıq, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquq və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir. Şəxsin psixoloji vəziyyəti və ona göstərilən psixoloji yardım haqqında məlumatlardan sərbəst istifadə hüququ onun özünə və qanunla nəzərdə tutulmuş hallarda buna icazə verilən şəxslərə məxsusdur.
Sənəd səsə qoyularaq təsdiqlənib.
Toplantıda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov həmçinin İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, Məcəllənin dərman vasitələri haqqında qanunvericiliyin pozulması ilə bağlı 221-ci maddəsinə bir sıra əlavələr nəzərdə tutulub. Belə ki, dəyişikliklərə əsasən, dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək məbləğdə cərimə edilir. Qeyd olunan xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədildikdə vəzifəli şəxslər 2500 manatdan 4500 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir. Məcəllənin 452-ci maddəsinə təklif olunan əlavələrdə isə göstərilir ki, aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə cərimə olunur. Bu xəta təkrar törədildikdə vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək məbləğdə cərimə edilir.
Sənəd ikinci oxunuşda səsə qoyularaq təsdiq olunub.
Plenar iclasda digər qanun layihələrinə də baxılıb.шаблоны для dle 11.2





Fevral

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova