Valyuta.com

Peşəkar tibbi birliklər səhiyyəmizin inkişafına dəstək ola bilər

Peşəkar tibbi birliklər səhiyyəmizin inkişafına dəstək ola bilər

Bakıda Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Peşəkar tibbi birlik və assosiasiyaların tibb elmi və ölkə səhiyyəsinin inkişafına cəlb edilməsi” mövzusunda konfrans keçirilib. Tədbir səhiyyə sisteminin təkmilləşdirilməsində, elmi-tibbi yeniliklərin səhiyyə praktikasına tətbiqinin genişləndirilməsində peşəkar tibbi birliklərin və assosiasiyaların rolunun artırılmasına nail olmaq məqsədi daşıyıb.
Konfransın açılışında səhiyyə nazirinin müavini Rəhim Əliyev çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlar, yeni tibb ocaqlarının istifadəyə verilməsi və onların müasir tibbi avadanlıqla təchizatı sahəsində görülən işlər barədə danışıb. O, həyata keçirilən həmin tədbirlərdə tibbi birlik və assosiasiyaların iştirakını gücləndirməyin vacibliyini qeyd edib. Bildirib ki, ölkəmizdə davamlı tibbi təhsilin həyata keçirildiyi 2017-ci ildən bəri tibbi birlik və assosiasiyaların iştirakı ilə 150-dən çox tədbir keçirilib və konfransın məqsədi səhiyyə sistemində aparılan islahatlarda onların rolunu fəallaşdırmaqdır.
Sonra Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımov çıxış ediblər.
Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov tibbi birlik və assosiasiyaların son illərdəki fəaliyyəti, bu sahədə sıx əməkdaşlıq, təcrübə mübadiləsi, əməkdaşlığın genişləndirilməsi və s. barədə məlumat verib.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov “Peşəkar tibbi birlik və assosiasiyaların səhiyyə sahəsində qanunvericilik təşəbbüsləri” mövzusunda məruzə edib. O, tibbi birlik və assosiasiyaları hazırlanmaqda olan “Psixoloji yardım haqqında”, “Transplantologiya haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, eləcə də hazırda müzakirə edilən “Ailə həkimi haqqında”, “Pasiyentin hüquqları haqqında” qanun layihələrinin müzakirəsində iştirak etməyə, təklif və rəylər verməyə çağırıb. Deputat həmçinin təxminən on il əvvəl qəbul edilmiş “Tibbi sığorta haqqında” Qanuna da yeni yanaşma lazım gəldiyini söyləyib və bu məsələlərin hər birində ictimai təşkilatların da mövqeyinə ciddi ehtiyac olduğunu vurğulayıb.
Konfransın panel iclaslarında tibbi birliklərin və assosiasiyaların rəhbərləri beynəlxalq əməkdaşlıq, ilkin səhiyyə və stasionar xidmətdə tibbi təlimatların rolu, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar müzakirələr aparıblar. Fikir mübadiləsi zamanı qabaqcıl təcrübələrin yayılması məqsədilə peşəkar tibbi birlik və assosiasiyaların fəaliyyətinin gücləndirilməsinə dair təkliflər səsləndirilib və perspektivlər müəyyən edilib.
Konfransın yekununda ölkəmizdə peşəkar tibbi birlik və assosiasiyalar federasiyasının yaradılması haqqında qərar qəbul olunub.шаблоны для dle 11.2





Fevral

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova