Valyuta.com

ATU Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələrini genişləndirir

ATU Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələrini genişləndirir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ofisinin rəhbəri xanım Fatoş Hande Harmancının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.
Görüş zamanı ATU-nun rektoru, professor Gəray Gəraybəyli universitetlə ÜST arasında uzun illik əməkdaşlığın mövcud olduğunu bildirib. O, qeyd edib ki, hələ 10 il əvvəl Azərbaycanda Psixi sağlamlıq üzrə milli koordinator qismində ÜST ilə birgə işlər görülüb.
G.Gəraybəyli ÜST-nin Azərbaycan ofisinin rəhbərinin Türkiyə təmsilçisi olmasından məmnunluğunu qeyd edib və ATU-nun Türkiyənin ali məktəbləri ilə dostluq və qardaşlıq münasibətlərinə əsaslanan xüsusi əlaqələrinin mövcud olduğunu bildirib.
Rektor həmçinin ATU-nun tədris proqramında nəzərdə tutulan yenilik və islahatlar barədə qonağa məlumat verərək deyib ki, yaxın vaxtlarda bakalavr proqramı üzrə fizioterapiya, tibb təhsili, tibb bacısı və ictimai səhiyyə ixtisaslarının açılması üçün işlər görülür. Tibbi təhsil istiqamətində ustad proqramı üzrə layihə hazırlanıb.
G.Gəraybəyli qeyd edib ki, bu ildən etibarən ATU-da “Təhsilin keyfiyyətinin təminatı sistemi haqqında” bəyannamə imzalanıb və artıq müəllimlərin peşə fəaliyyəti reytinq balları ilə qiymətləndirilir. Gələcəkdə qabaqcıl tədris prosesinə nail olmaq üçün tam müasir, praktik, tam elektronlaşdırılmış hibrid laboratoriyasının və müasir, kompüter zalları olan kitabxanaların yaradılması nəzərdə tutulur. G.Gəraybəyli bu və digər istiqamətlərdə ÜST ilə əməkdaşlıq üçün geniş imkanlar olduğunu bildirib.
Bakıda işə başladığı qısa müddət ərzində bir çox görüşlər keçirdiyini söyləyən F.H.Harmancı ixtisasca həkim olduğunu və Türkiyənin Marmara Universitetində 11 il professor kimi işlədiyini vurğulayıb, buna görə ATU ilə əlaqələrin güclənməsinə daha çox maraq göstərdiyini bildirib: “Planlaşdırdığımız yeniliklərin bir qisminin tibb sahəsinə aid olması baxımından, bu, çox əhəmiyyətlidir. Bundan əvvəl Marmara Universitetində “Tibb təhsilinin keyfiyyətinin artırılması” üzrə 5 illik proqram icra etdik. Layihənin nəticəsi çox gözəl oldu. Ümid edirəm ki, ATU ilə də nümunəvi əməkdaşlığımız olacaq və sizin tələbələrə bacardığımız yardımı göstərə biləcəyik”.
Görüşdə hər iki qurumun əməkdaşları iştirak ediblər.шаблоны для dle 11.2





Noyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova