Valyuta.com

Talassemiya Mərkəzində postsovet məkanında ilk dəfə exchange transfuziya proseduru həyata keçirilib

Talassemiya Mərkəzində postsovet məkanında ilk dəfə exchange transfuziya proseduru həyata keçirilib

Respublika Talassemiya Mərkəzində (RTM) bu tibb müəssisəsinin icraçı direktoru Valeh Hüseynovun rəhbərliyi ilə bir qrup həkim tərəfindən postsovet məkanında ilk dəfə oraq hüceyrə xəstəliyində exchange transfuziya proseduru həyata keçirilib.
Bununla bağlı Valeh Hüseynov AZƏRTAC-a məlumat verib ki, müasir təbabətdə oraq hüceyrə xəstəliyinin ümumi müalicə üsulları ilə yanaşı, innovativ metodikalar da mövcuddur: “Əvvəllər bu prosedur 3-4 gün vaxt tələb edirdi, xəstənin orqanizminə eritrositlər bu müddət ərzində hissə-hissə köçürülürdü. Yaponiyanın “Terumo BCT” şirkətinin “Spectra Optia” aparatı sayəsində isə mərkəzdə uçotda olan 14 yaşlı pasiyentə bu prosedur müvafiq proqram təminatının nəzarəti altında cəmi 54 dəqiqəyə həyata keçirilib. Vaxtaşırı transfuziya aparılan xəstə ümumi vəziyyəti ağır halda mərkəzə daxil olub. Exchange transfuziya prosedurundan sonra onun qan göstəriciləri yaxşılaşıb”.
Valeh Hüseynov bildirib ki, bu əməliyyat postsovet məkanında nadir hadisədir. Onun həyata keçirilməsi üçün Terumo BCT şirkətinin iki meneceri – şirkətin Tibb Departamentinin böyük elmi işçisi Anna Yudina (Bordo, Fransa) və Terumo BCT-nin Dubay ofisinin meneceri Şila Doşi ölkəmizə ezam edilib. Həmçinin şirkətin Qazaxıstandakı regional meneceri Anuar Botabayev, Özbəkistandan və Qırğızıstandan olan mütəxəssislər Bakıya gəlib, öz ölkələrində bu xəstəlikdən əziyyət çəkən pasiyentlərə necə yardım göstərmək barədə fikir mübadiləsi aparıblar.
RTM-in rəhbəri qeyd edib ki, mərkəz artıq 8 ilə yaxındır ki, Terumo BCT şirkəti ilə əməkdaşlıq edir. Yaponiya şirkətinin həmin aparatı sayəsində indiyədək başqa protokollar üzrə dəfələrlə əməliyyatlar aparılıb. Lakin eritrosit mübadiləsi protokolundan ilk dəfə istifadə edilib: “Hazırda ölkəmizdə ciddi irsi qan xəstəliyi olan oraq hüceyrə xəstəliyindən əziyyət çəkənlərin sayı 250-dən çoxdur. Ümidvaram ki, gələcəkdə Terumo BCT şirkətinin müasir avadanlığından istifadə etməklə belə xəstələrin vəziyyəti yüngülləşəcək”.
Respublika Talassemiya Mərkəzində “Oraq hüceyrə xəstəliyində exchange transfuziya prosedurunun tətbiqi” mövzusunda elmi-praktik seminar da keçirilib. Fransa, Gürcüstan, Orta Asiya və Yaxın Şərq ölkələrindən ekspertlərin iştirak etdiyi beynəlxalq toplantının əsas məqsədi səhiyyənin bu sahəsində aparıcı mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq, habelə mərkəzdə həyata keçirilmiş unikal prosedurun nəticələrini müzakirə etmək olub.
RTM-in icraçı direktoru Valeh Hüseynov, Terumo BCT şirkətinin Azərbaycandakı nümayəndəsi Arif Cəbrayılov, Yaponiya şirkətinin Qazaxıstandakı regional meneceri Anuar Botabayev və başqaları seminarda məruzələrlə çıxış ediblər.шаблоны для dle 11.2





Noyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova