Valyuta.com

Dayanıqlı İnkişafa dair Bakı Forumu

Dayanıqlı İnkişafa dair Bakı Forumu

Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forum çərçivəsində Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Dayanıqlı İnkişafa dair Bakı Forumu baş tutub. Tədbir 30 ölkədən 200-dən çox iştirakçını – dövlət rəsmilərini, parlament üzvlərini, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçilərini bir araya gətirib.
“Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi” mövzusuna həsr edilmiş Forumda əvvəlcə Azərbaycanda bu istiqamətdə görülən işlərə və qazanılan nailiyyətlərə dair videoçarx nümayiş etdirilib.
Forumun moderatoru Maria Ramos əlamətdar günə – BMT-nin yaradılmasının 73-cü ildönümünə təsadüf edən bu Forumda regionda DİM-ə nail olunması istiqamətində Bakı prinsiplərinin müəyyən edildiyini vurğulayıb.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov VI Beynəlxalq Humanitar Forumu və onun çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinə dair Bakı Forumunun keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. Baş nazirin müavini vurğulayıb ki, bu gün bəşəriyyət qarşıdakı 12 ildə yoxsulluğun, aclığın, münaqişələrin olmadığı, insanların xəstəliklərdən əziyyət çəkmədiyi cəmiyyət qurmağa çalışır. Bu baxımdan Azərbaycanın təcrübəsini diqqətə çatdıran Əli Əhmədov qeyd edib ki, DİM üzrə götürdüyü öhdəliklərin icrası Azərbaycanın dövlət siyasətinin ən əhəmiyyətli tərkib hissələrindən biridir.
Forumda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesusun videomüraciəti nümayiş olunub. ÜST baş direktoru öz müraciətində bildirib ki, ötən il bu qurum 47 ölkədə müxtəlif təhlükələrin aradan qaldırılması istiqamətində ciddi fəaliyyət göstərib. Buna baxmayaraq, dünya əhalisinin yarıdan çoxu hələ də kifayət qədər tibbi xidmətlərdən yararlana bilmir. Tibbi sığorta DİM-ə nail olunması baxımından çox əhəmiyyətlidir. Çünki səhiyyə insan inkişafının təməlidir.
Tedros Adhanom Gebreyesus Forumda səhiyyə məsələlərinin də müzakirə olunacağına əminliyini bildirib, tədbirin işinə uğurlar arzulayıb.
Forum öz işini sessiyalarla davam etdirib.шаблоны для dle 11.2





Oktyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova