Valyuta.com

Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə ediləcək

Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə ediləcək

Səhiyyə Nazirliyi ilə Finlandiya Tibb və Elm Cəmiyyəti arasında Sübutlara Əsaslanan Tibbi Təlimatların Azərbaycanda tərcüməsi, lokallaşdırılması və yayılması ilə bağlı müqavilə imzalanıb. İşin icrası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə həvalə edilib.
Müqaviləyə əsasən, ingilis dilində olan minə yaxın beynəlxalq klinik protokol həkimlərin istifadəsi üçün Azərbaycan dilinə tərcümə ediləcək. İlk növbədə, daha çox rast gəlinən xəstəlik və vəziyyətlər barədə protokollar tərcümə edilərək nəşr olunacaq və bunun nəticəsində ölkəmizin tibb işçiləri Avropa səhiyyəsindəki ən yaxşı standartları öz fəaliyyətlərində tətbiq etmək, vətəndaşlar isə hansı xəstəxanada və ya hansı həkim tərəfindən tibbi yardım alacağından asılı olmayaraq, yüksək səviyyədə tibbi yardım almaq imkanı qazanacaqlar.
Qeyd edək ki, dünyanın tanınmış tibb mütəxəssislərinin yaratdığı və tibbi sübutlara əsaslanan həmin informasiya resursundan Avropa və keçmiş SSRİ-nin 10-dan çox ölkəsinin həkimləri istifadə edirlər. Tibbi praktikada yeni klinik protokolların istifadəsi sübutlara əsaslanan tibbin tətbiqinin ən vacib yollarından biridir və təcrübə həkimləri üçün metodik tövsiyələrdir.
Həmin protokollarla yanaşı, yeni mənbədə Azərbaycan həkimləri üçün sübutlara əsaslanan Cochrane Library, MedLine və PubMed beynəlxalq məlumat bazalarından 4 mindən çox elmi məqalə, 1400 tibbi şəkil və video kolleksiyası, kalkulyator və səs faylları yerləşdiriləcək.шаблоны для dle 11.2





Oktyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova