Valyuta.com

Naxçıvan Tibb Kolleci binasının açılışı oldu

Naxçıvan Tibb Kolleci binasının açılışı oldu

Bilik Günü ərəfəsində Naxçıvan Tibb Kollecinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.
Açılış mərasimində rəmzi lenti kəsən Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinin Sədri Vasif Talıbov kollec binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib. Ümummilli lider Heydər Əliyevin “Səhiyyə xalqımızın sağlamlığı və gələcəyidir” fikrini xatırladan Ali Məclisin Sədri deyib: “Ulu öndər Azərbaycana hər iki rəhbərliyi dövründə səhiyyənin inkişafını diqqətdə saxlayıb. Bu gün onun yolunu uğurla davam etdirən ölkə Prezidentinin qayğısı ilə Azərbaycanda səhiyyə sistemi müasir tələblər səviyyəsində qurulub. Bu sahədə kadr hazırlığı yüksək səviyyədə həyata keçirilir. Muxtar Respublikada da səhiyyənin inkişafı sahəsində ardıcıl tədbirlər görülür”.
Ali Məclisin Sədri Vasif Talıbov deyib: “Bu gün Muxtar Respublikanın səhiyyə müəssisələrində 1290 həkim, 2260-dan artıq orta tibb işçisi ştatı var. Səhiyyə müəssisələrinin tibbi kadrlara olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülür. Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin yaradılması, Naxçıvan Tibb Kollecinin müasir tələblər səviyyəsində yenidən qurulması, ixtisasların sayının artırılması səhiyyə müəssisələrinin ixtisaslı tibbi kadrlarla təminatına imkan verir. Həmçinin həkimlər və orta tibb işçiləri ixtisasartırma kurslarına göndərilir, onların bilik səviyyəsi və peşəkarlığı artırılır. Artıq Muxtar Respublikanın səhiyyə sistemi əhalinin sağlamlığının keşiyində durmağa tam hazır və qadirdir”.
Ali Məclisin Sədri buna görə Naxçıvan Muxtar Respublikasının səhiyyə işçilərinə təşəkkürünü bildirərək deyib: “Səhiyyə sahəsində daim yeniliklər tətbiq olunur. Muxtar Respublikanın səhiyyə işçiləri də bu yenilikləri öyrənməli və tətbiq etməlidirlər. Səhiyyənin inkişafı üçün ilk növbədə şərait olmalıdır, ikincisi isə, ixtisaslı kadrların hazırlanmasına diqqət yetirilməlidir. Muxtar Respublikada hər iki amil diqqət mərkəzində saxlanılır. Səhiyyə müəssisələrində müasir avadanlıqlar quraşdırılır. Həkim və orta tibb işçilərinin hazırlanmasına xüsusi diqqət yetirilir”.
Ali Məclisin Sədri deyib: “1931-ci ildə fəaliyyətə başlayan Naxçıvan Tibb Kolleci şərəfli inkişaf yolu keçib. Kolleci bitirən 8 mindən çox məzun Muxtar Respublikada əhalinin sağlamlığının keşiyində dayanıb. Bu gün də bu iş davam etdirilir. 8 ixtisas üzrə tələbə hazırlığı aparan kollec NMR-nın orta tibb işçilərinə olan tələbatını tamamilə ödəyəcək”. O, yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib, bir daha kollektivi təbrik edib.
Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova çıxış edərək deyib ki, yenidənqurma işlərindən sonra kollec müasir tibb təhsili müəssisəsinə çevrilib. Müəllimlər və tələbələr üçün ən müasir tədris şəraiti yaradılıb. Tələbələrin təcrübi tibbi biliklərinin daha da artırılması istiqamətində tədbirlər görülür, onlar dərsdən sonra Muxtar Respublikanın səhiyyə müəssisələrində müxtəlif ixtisaslar üzrə təcrübə keçirlər. Hazırda kollecdə elektron təhsil tətbiq olunur. Yaradılan şərait kollektivin məsuliyyətini daha da artırır. Sona Məmmədova ixtisaslı və peşəkar tibbi kadrların hazırlanması istiqamətində səylərini artıracaqlarını bildirib, yaradılan şəraitə görə Naxçıvan Tibb Kollecinin kollektivi adından minnətdarlıq edib.
Sonra Ali Məclisin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə maraqlanıb. O, kollecin elektron dərslik fondunun zənginləşdirilməsi, müəllim və tələbələrin təcrübə mübadiləsinin davam etdirilməsi, tədris prosesində qədim tibbi metodların və ənənələrin də öyrədilməsi barədə tapşırıqlar verib.шаблоны для dle 11.2





Noyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova