Valyuta.com

Bosniya və Herseqovinada Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Təcili Tibbi Yardım Mərkəzinin açılışı olub

Bosniya və Herseqovinada Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Təcili Tibbi Yardım Mərkəzinin açılışı olub

Bosniya və Herseqovinanın Kotor Varoş şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan Təcili Tibbi Yardım Mərkəzinin yeni binasının açılış mərasimi keçirilib.
AZƏRTAC-ın verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü, Prezident Mladen İvaniçin, Azərbaycanın bu ölkədəki səfiri Eldar Həsənovun, Serb Respublikası səhiyyə nazirinin müşaviri Miloyko Qruyiçiçin, Kotor Varoş şəhərinin meri Zdenko Sakanın, Səhiyyə Mərkəzinin direktoru Vladimir Bibiçin, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin və yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirdə Anar Ələkbərov çıxış edərək, iştirakçılara Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səmimi salamlarını çatdırıb. Qeyd edib ki, Heydər Əliyev Fondu Azərbaycan ilə yanaşı, dünyanın müxtəlif ölkələrində təhsil, mədəniyyət, səhiyyə sahələrində layihələr, xeyriyyə tədbirləri həyata keçirir.
Anar Ələkbərov bildirib ki, Bosniya və Herseqovina Azərbaycan ilə dost ölkədir və ölkələrimiz arasında dərin qarşılıqlı münasibətlər mövcuddur. Fondun reallaşdırdığı layihələr ölkələrimiz və xalqlarımız arasında əlaqələrin genişlənməsinə şərait yaradır.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü, Prezident Mladen İvaniç ölkəsində növbəti sosial və səhiyyə yönümlü layihənin uğurla başa çatdırıldığına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevaya minnətdarlığını ifadə edib, bu layihələrin Bosniya və Herseqovina xalqlarının sevincinə səbəb olduğunu bildirib.
Kotor Varoş Səhiyyə Mərkəzinin direktoru Vladimir Bibiç çıxış edərək Heydər Əliyev Fondunun Bosniya və Herseqovinada həyata keçirdiyi mühüm sosial-humanitar layihələri xalqlarımız arasında həmrəyliyin təzahürü kimi qiymətləndirib, xeyriyyəçilik fəaliyyətinin nəticəsi olaraq Kotor Varoş şəhərində istifadəyə verilən və müasir avadanlıqla təmin edilən Təcili Tibbi Yardım Mərkəzinin, habelə Heydər Əliyev Fondu tərəfindən hədiyyə edilmiş təcili tibbi yardım nəqliyyat vasitəsinin yerli əhali üçün əhəmiyyətini vurğulayıb, Heydər Əliyev Fondunun rəhbərliyinə dərin təşəkkürlərini bildirib. Vladimir Bibiç qeyd edib ki, bu mərkəz son dövrlər ərzində Kotor Varoşda ərsəyə gətirilən ən müasir və yüksək standartlara cavab verən tikinti layihəsidir və yerli əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.
Şəhər meri Zdenko Sakan Kotor Varoş bələdiyyəsinin həyatında mühüm rol oynayan Təcili Tibbi Yardım Mərkəzinin yeni binasının inşasına göstərdiyi dəstəyə görə Bələdiyyə Məclisinin qərarı ilə aprel ayında Heydər Əliyev Fondunun “Qızıl Diplom” ilə təltif edildiyini deyib və bələdiyyənin yüksək mükafatını Fondun icraçı direktoru Anar Ələkbərova təqdim edib.
Sonra Kotor Varoş şəhərinin Səhiyyə Mərkəzi nəzdində Təcili Tibbi Yardım Mərkəzinin yeni binasının açılışı olub, binaya baxış keçirilib.
Tədbir zamanı Kotor Varoş şəhər sakinləri mətbuat nümayəndələrinə müsahibələrində yaşadıqları bölgəyə göstərilmiş diqqət və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürlərini ifadə ediblər.шаблоны для dle 11.2





Noyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova