Valyuta.com

Səhiyyə Nazirliyində icbari tibbi sığortanın tətbiqi müzakirə olundu

Səhiyyə Nazirliyində icbari tibbi sığortanın tətbiqi müzakirə olundu

Səhiyyə naziri Oqtay Şirəliyev İcbari Tibbi Sığorta Agentliyinin və McKinsey şirkətinin nümayəndələri ilə görüş keçirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, toplantıda dövlət başçısının tapşırığına əsasən ölkəmizin səhiyyə sistemində icbari tibbi sığortanın tətbiqi məsələləri, bununla əlaqədar həyata keçiriləcək islahatlar, səhiyyənin maliyyələşdirilməsi imkanları, gələn il üçün qarşıda duran əsas vəzifələr müzakirə olunub.
İclasda həmçinin icbari tibbi sığortanın bütövlükdə ölkə üzrə tətbiqinə dair hazırlanacaq strateji yol xəritəsi ilə bağlı ətraflı müzakirələr aparılıb.
Fikir mübadiləsi zamanı icbari tibbi sığortanın tətbiqi istiqamətində Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta Agentliyinin və McKinsey şirkətinin nümayəndələrinin birgə əməkdaşlığının vacibliyi xüsusi qeyd olunub.шаблоны для dle 11.2





Noyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova