Valyuta.com

“Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olunub

“Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olunub

Hər il olduğu kimi, bu il də ölkəmizdə avqust ayının 1-dən 7-dək “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” keçirilib. Kampaniya BMT-nin Uşaq Fondu (UNICEF) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Ana südü ilə qidalanmanı təşviq və təbliğ etmək məqsədilə UNICEF və Səhiyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanan maarifləndirici materiallar “ASAN xidmət” mərkəzlərində əhaliyə paylanılıb.
Bu barədə Səhiyyə Nazirliyi mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, bu tarix Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), UNICEF, dövlət qurumları və digər təşkilatlar tərəfindən 1990-cı ilin avqust ayında imzalanmış “Ana südü ilə qidalandırmanın qorunması, təşviqi və dəstəklənməsi üzrə Innocenti Bəyannaməsi”nin xatirəsinə qeyd edilir. UNICEF və ÜST-nin 31 iyul 2018-ci il tarixli birgə hesabatına əsasən, il ərzində 78 milyona yaxın körpə və ya hər 5 uşaqdan biri dünyaya gəldiyi ilk saatda ana südü ilə qidalanmır, bu da onların xəstəliyə yoluxma və ölüm riskini artırır.
ÜST körpənin doğulandan bir saat ərzində əmizdirilməsini, sonra ilk 6 ayına qədər yalnız ana südü ilə qidalandırılmasını tövsiyə edir. Bundan sonra, 2 yaşa qədər və ya daha uzun müddətdə əmizdirməyə davam edilərkən əlavə bəsləyici qidalar da uşağın gündəlik rasionunda yer almalıdır. Ana südü körpəni ehtiyacı olan bütün qida maddələri ilə təmin etməyin ən yaxşı yoludur. Bununla bağlı ÜST-nin yaydığı bülletendə qeyd edilir ki, dünyaya göz açan körpəni əmizdirmək hər bir ananın müqəddəs borcudur.
Bu istiqamətdə mövcud problemləri araşdırmaq, onları aradan qaldırmaq, körpələri ana südü ilə qidalandırmağın təbliği istiqamətində UNICEF və Səhiyyə Nazirliyinin apardığı məqsədyönlü tədbirlər nəticəsində son illərdə Azərbaycanda ana südü ilə qidalandırma göstəriciləri əvvəlki illərlə müqayisədə xeyli yüksəlib.шаблоны для dle 11.2





Oktyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova