Valyuta.com

Beynəlxalq Oftalmologiya Günü

Beynəlxalq Oftalmologiya Günü

2004-cü ildən etibarən dünyanın bir sıra ölkələrində oftalmoloqlar avqustun 8-də öz peşə bayramlarını – Beynəlxalq Oftalmologiya Gününü və ya Beynəlxalq Oftalmoloq Gününü qeyd edirlər. Həmin günün peşə bayramı olaraq seçilməsi göz cərrahiyyəsi sahəsində çox böyük uğurlara imza atmış böyük sovet oftalmoloqu Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır.
Belə bir günün təsis edilməsi ideyası Sankt-Peterburq şəhər Tibb Palatasının prezidenti Tamaz Mçelidzeyə məxsusdur. O, dünya oftalmoloqlarına həmin gün göz xəstələrinə təmənnasız məsləhətlər vermək, göz nurunu itirənlərin və ya görmə qabiliyyəti zəif olanların müalicəsi üçün əməliyyatlar aparmaq barədə müraciət edib. Belə tədbirlərin keçirilməsi məşhur göz cərrahı S.Fyodorovun başladığı xeyriyyə işinin davam etdirilməsi və xatirəsini yad olunması məqsədi daşıyır. Həmin təşəbbüsə təkcə Rusiyada deyil, Yunanıstan, İtaliya, Çexiya, ABŞ və digər ölkələrdə də tərəfdar çıxıblar.
Artıq on dörd ildir qeyd olunan bu gün təbabətin bu sahəsində beynəlxalq əlaqələr qurmaq və təcrübə mübadiləsi aparmaq üçün də istifadə edilir. Həmin günün təsis olunması oftalmoloji yardımı xəstələr üçün daha əlçatan etməyə yönəldilib, onlara yüksəkixtisaslı həkimlərin qəbuluna düşmək və keyfiyyətli müalicə almaq imkanı yaradır.
Beynəlxalq Oftalmologiya Günündə diqqət oftalmologiyanın problemlərinə, əhalinin görmə ilə bağlı şikayətlərinin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsinə yönəldilir. Müasir oftalmoloji diaqnostika üsulları göz xəstəliklərini erkən mərhələlərdə aşkar etməyə, effektli müalicə və profilaktika aparmağa imkan verir.
Avqustun 8-də dünyanın bir çox ölkələrində oftalmoloqlar pulsuz müayinələr və əməliyyatlar həyata keçirirlər.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya üzrə 180 milyona yaxın insan görmə funksiyasının pozulmasından əziyyət çəkir. Xüsusi olaraq qeyd olunur ki, görmə funksiyasını itirən insanların 82 faizi 50-dən yuxarı yaş qrupuna daxildir. Görmə funksiyasının pozulmasından əziyyət çəkənlərin 19 milyonunu uşaqlar təşkil edir.
Azərbaycanda korluğun və görmə üzrə əlilliyin profilaktikası, əhaliyə oftalmoloji yardım daim dövlətin diqqətindədir. Bu sahədə ən böyük dövlət səhiyyə qurumu olan Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində ən müasir texnologiyalar əsasında işləyən diaqnostik avadanlıq və üsulların istifadəsi görmə orqanının anatomik və funksional parametrlərinin daha dürüst öyrənilməsini mümkün edir. Bu da göz xəstəliklərinin diaqnostikası və müalicəsinin keyfiyyətini, gözün müəyyən strukturlarında aparılan cərrahi əməliyyatların funksional nəticələrini qat-qat yüksəldib. Burada oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksəkixtisaslı mütəxəssislər fəaliyyət göstərir. Mərkəz oftalmologiya elminin inkişafına və gənc oftalmoloqların hazırlanmasına da öz töhfəsini verir.шаблоны для dle 11.2





Oktyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova