Valyuta.com

ATU Türkiyənin Adnan Menderes Universiteti ilə əməkdaşlıq edəcək

ATU Türkiyənin Adnan Menderes Universiteti ilə əməkdaşlıq edəcək

Türkiyənin Adnan Menderes Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.
Görüş zamanı iki ali məktəb arasında müəllim və tələbə mübadiləsi, universitet nümayəndələrinin qarşılıqlı elmi işlər aparması və bu kimi digər əməkdaşlıq sahələrinə dair ilkin razılıq əldə edilib.
Tədbirdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonaqlara rəhbərlik etdiyi ali tibb məktəbində mövcud təhsil sistemi, həyata keçirilən islahatlar və planlaşdırılan layihələr haqqında geniş məlumat verib. Rektor Azərbaycan Tibb Universitetinin Türkiyənin bir çox aparıcı universitetləri ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb, qeyd edib ki, ATU-nun tələbələri qardaş ölkənin ali məktəbləri tərəfindən dəstəklənən mübadilə proqramlarında iştirak edirlər: “Lakin bəzən proqramların uyğunsuzluğu müəyyən problemlər yaradır. Bu baxımdan, universitetdə proqramların təkmilləşdirilməsi və standartlara uyğunlaşdırılması istiqamətində işlər aparılır. Hazırda ATU-nun Stomatologiya fakültəsinin proqramı Türkiyənin bu sahədə tədris proqramına tam uyğundur. Lakin digər fakültələrdə hələ də çətinliklər qalmaqdadır. Bu problemlərin həlli ilə bağlı tədbirlər görülür”, - deyə G.Gəraybəyli bildirib.
Rektor mübadilə proqramı üzrə Türkiyədə təhsil alan ATU tələbələrinin ikili diplom ala biləcəklərini də vurğulayıb. Bildirilib ki, bu praktikanın tətbiqi ilə əlaqədar ATU-nun nümayəndə heyəti Türkiyənin Hacettepe Universitetinin proqramı ilə tanış olub və yaxın vaxtlarda bu sahədə dəyişikliklərin olması nəzərdə tutulur.
Adnan Menderes Universiteti ilə də aktiv əlaqələrin formalaşacağından əmin olduğunu söyləyən G.Gəraybəyli bu məqsədlə əməkdaşlığa dair protokol sazişinin hazırlanıb imzalanmasını təklif edib.
Adnan Menderes Universitetinin Tibb fakültəsinin dekanı Serpil Demirağ görüşün təşkili üçün rektora təşəkkürünü bildirib, təmsil etdiyi ali məktəb haqqında məlumat verib. Onun sözlərinə görə, Adnan Menderes Universitetinin son iki ildə daha da inkişaf edən Tibb fakültəsində 1200 tələbə təhsil alır: “Universitetin klinikası da fəaliyyət göstərir və orada ATU-dan rezidentlər var. Biz də Azərbaycan Tibb Universiteti ilə əməkdaşlığın formalaşdırılması və inkişafında çox maraqlıyıq”.
Sonra əməkdaşlığa dair protokolla bağlı müzakirə aparılıb. Sənədə müəllim və tələbə mübadiləsi, iki ali məktəbin elmi əməkdaşlarının qarşılıqlı elmi işlər aparması və s. sahələrdə əməkdaşlığa dair məsələlərin salınması təklif edilib.
Müzakirələrdən sonra iki universitet arasında əməkdaşlığın ilkin sahələrinə dair razılıq əldə olunub.шаблоны для dle 11.2





Avqust 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova