Valyuta.com

Xroniki böyrək çatışmazlığı xəstələrinə tibbi xidmət məsələləri müzakirə olunub

Xroniki böyrək çatışmazlığı xəstələrinə tibbi xidmət məsələləri müzakirə olunub

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) xroniki böyrək çatışmazlığı olan xəstələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, keyfiyyət və səmərəliliyinin artırılması ilə bağlı iclas keçirilib.
Səhiyyə Nazirliyinin və İSİM-in nümayəndələrinin, Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən hemodializ mərkəzlərinin rəhbər və mütəxəssislərinin iştirak etdiyi tədbirdə “2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”nın icrası ilə bağlı Səhiyyə Nazirliyinin Fəaliyyət Planının həyata keçirilməsi istiqamətində mövcud vəziyyət geniş təhlil olunub, böyrəklərin xroniki patologiyası olan şəxslərin tam həcmdə tibbi yardımla, o cümlədən hemodializ müalicəsi ilə təmin edilməsi, kadr məsələləri ətrafında müzakirələr aparılıb, təkliflər dinlənilib.
İştirakçılar həmçinin xroniki böyrək çatışmazlığı zamanı müasir müalicə və diaqnostika üsullarının tətbiqi məsələləri, xroniki böyrək çatışmazlığı üzrə ixtisaslaşdırılmış tibbi yardımın həcminin və keyfiyyət standartlarının müəyyən olunması ilə bağlı səmərəli fikir mübadiləsi aparıblar.шаблоны для dle 11.2





Avqust 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova