Valyuta.com

Rezidenturaya qəbul üzrə plan yerlərinin sayı artırılıb

Rezidenturaya qəbul üzrə plan yerlərinin sayı artırılıb

Səhiyyə Nazirliyinin təklifi ilə Nazirlər Kabineti 2018-2019-cu tədris ilində rezidenturaya dövlət sifarişi əsasında qəbul planını artırıb. Belə ki, əvvəlcə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə bu il üçün 332 plan yeri təsdiq edilmişdi. Lakin Səhiyyə Nazirliyinin təklifləri nəzərə alınaraq, Azərbaycan Tibb Universitetinin və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun qəbul planlarına 139 plan yerinin əlavə edilməsi barədə qərar qəbul olunub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rezidenturada təhsil almaq istəyənlərin müraciətlərini, eləcə də klinik bazaların imkanlarını nəzərə almaqla əlavə edilmiş plan yerlərindən 39-u dövlət sifarişi əsasında, 100-ü ödənişli əsaslarla təhsil üzrədir. Beləliklə, rezidenturaya qəbul üzrə plan yerlərinin sayı cəmi 471-ə çatdırılıb.
Ödənişli plan yerləri Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na uyğun olaraq müəyyən edilib. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən, ölkə vətəndaşları üçün rezidentura təhsili dövlət sifarişi və ya ödənişli əsaslarla həyata keçirilir. İllik təhsil haqqı Nazirlər Kabinetinin 27 avqust 2018-ci il tarixli 596s nömrəli sərəncamına uyğun olaraq 4 min manat məbləğində müəyyən edilib. Klinik baza ilə razılaşdırılmış qaydada təhsil haqqı rezidentlər tərəfindən klinik bazanın hesabına köçürüləcək. Eyni zamanda, Qaydaların 5.8-ci bəndinə əsasən, rezidenturada təhsil dövründə rezidentlərə ümumi həkim stajına və ixtisas dərəcəsinə uyğun olaraq əməkhaqqı ödənilir.
Rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətinin 3 il müddətində Səhiyyə Nazirliyinin göndərişinə əsasən dövlət səhiyyə müəssisələrində davam etdirilməsi barədə Qaydalarda müəyyən edilmiş müddəa dövlət sifarişi əsasında rezidentura təhsili alanlara şamil olunur.
Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları”nın 5.8-ci bəndinə əsasən, dövlət sifarişi çərçivəsində təhsil almaq hüququ qazanmış təhsil alan bu hüquqdan imtina edərsə və ya bu hüquqdan məhrum edilərsə, onda onun üçün nəzərdə tutulmuş istifadə olunmamış vəsait tədris ilinin yekununa görə ən yüksək nəticələr göstərmiş eyni ixtisas üzrə ödənişli əsaslarla təhsil alana təklif olunur.шаблоны для dle 11.2





Oktyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova