Valyuta.com

Yenidoğulmuşlara keyfiyyətli tibbi yardım üzrə təlim

Yenidoğulmuşlara keyfiyyətli tibbi yardım üzrə təlim

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) yenidoğulmuşların reanimasiyası üzrə təcrübi təlim kursları keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, kurs Amerikanın Pediatrik Akademiyası və Amerika Kardioloji Assosiasiyasının beynəlxalq səviyyədə sertifikatlaşdırılmış Perinatal yardıma dair təlim proqramı əsasında təşkil olunub.
İstanbul Mədəniyyət Universiteti Göztepe Təhsil və Araşdırma Xəstəxanasında “Neonatal reanimasiya” proqramı üzrə kurs keçmiş təlimçi Nahidə Mahmudova iştirakçılara reanimasiyaya hazırlıq, adaptasiya dövrü, neonatal qayğının ilkin addımları, neonatal reanimasiyanın icmalı və prinsipləri haqqında məlumat verib.
Ölkəmizin doğuşayardım müəssisələrində çalışan tibb mütəxəssisləri üçün nəzərdə tutulan kursda yenidoğulmuşların reanimasiyasında istifadə edilən yeni texnologiyaların təcrübədə tətbiqi öyrədilib, bu sahədə erkən diaqnostika və müalicəyə dair ən müasir məlumatlar müdavimlərə çatdırılıb. Həmçinin iştirakçılara yenidoğulmuşlara keyfiyyətli tibbi yardım göstərilməsi, xüsusi avadanlıq və qurğular olmadıqda körpələrə ilkin ixtisaslaşdırılmış yardım yolları, onların müvafiq tibb müəssisələrinə vaxtında çatdırılmasının təmin olunması ilə bağlı ətraflı məlumat verilib.
Qeyd edək ki, kurs Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunub, onun kredit miqdarı 13 bal təşkil edir. Təlimi müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub.шаблоны для dle 11.2





Avqust 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova