Valyuta.com

Müasir pediatrik cərrahiyyə problemləri müzakirə olunub

Müasir pediatrik cərrahiyyə problemləri müzakirə olunub

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Türkiyənin qabaqcıl səhiyyə qurumlarından olan “Acıbadem Sağlıq Qrupu” ilə ATU-nun I Cərrahi xəstəliklər kafedrasının birgə təşkilatçılığı ilə müasir pediatrik cərrahiyyənin aktual problemlərinə həsr olunmuş seminar keçirilib.
Tədbiri klinikanın direktoru, professor Surxay Hadıyev açaraq, həkimlərin bilik səviyyəsinin artırılmasında bu seminarın əhəmiyyətindən danışıb və iştirakçılara uğurlar arzulayıb.
Acıbadem Universitetinin Türkiyədə və Avropa miqyasında tanınmış mütəxəssislərinin çıxış etdiyi tədbirdə professor Remzi Emiroğlunun “Pediatrik xəstələrdə cərrahi üsullar”, professor Hamdi Karakayalının “Portal damar trombozu” və professor Vildan Ertekinin “Pediatrik xəstələrdə qaraciyər nəqlləri” mövzularında məruzələri dinlənilib. Məruzələrdə uşaqlarda cərrahi müdaxilələr zamanı həkimlərin üzləşdiyi problemlər və onlardan çıxış yolları ilə əlaqədar məqamlardan ətraflı bəhs edilib. Tədbirdə iştirak edən həkimlər cərrahi müdaxilələr zamanı dünya praktikasında tətbiq edilən yeniliklərlə tanış olublar.
Mövzular ətrafında müzakirələr aparılıb.шаблоны для dle 11.2





Avqust 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova