Valyuta.com

Azərbaycan Retinoloqlarının 3-cü konfransı

Azərbaycan Retinoloqlarının 3-cü konfransı

Səhiyyə Nazirliyinin, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə Bakıda Azərbaycan Retinoloqlarının 3-cü konfransı keçirilib.
Vitreoretinal cərrahiyyədə yeniliklərin müzakirəsi məqsədi daşıyan toplantıda Milli Oftalmologiya Mərkəzinin həkim heyəti ilə yanaşı, xaricdən gəlmiş mütəxəssislər də iştirak ediblər.
Tədbirdə çıxış edən Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov ölkə başçısının əsas diqqət yetirdiyi sahələrdən birinin səhiyyə olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan səhiyyədə, xüsusilə də oftalmologiya sahəsində bir çox yeniliklərə imza atılıb. Ölkəyə dəvət edilən peşəkar oftalmoloqlarla aparılan müzakirələr və regionlarda keçirilən konfranslarda da əsas məqsəd oftalmologiyanın beynəlxalq standartlar səviyyəsində inkişaf etdirilməsidir. Mərkəzin Gəncədə və ölkəmizin digər regionlarında fəaliyyət göstərən filialları haqqında danışan direktor bu mərkəzlərin ən son texnoloji avadanlıqlarla təchiz olunduğunu qeyd edib, klinikada təcrübəli, xaricdə ixtisaslaşma keçmiş həkim-oftalmoloqların bütün göz xəstəliklərinin müayinə və müalicəsi ilə məşğul olduqlarını, əməliyyatlar etdiklərini deyib.
Konfransda “Vitreoretinal cərrahiyyədə yeniliklər”, “Vitreoretinal cərrahiyyədən sonra yaranan ikincili qlaukoma”, “Arxa seqmentin travmaları” və bir sıra digər mövzular ətrafında müzakirələr aparılıb.шаблоны для dle 11.2





Avqust 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova