Valyuta.com

II Azərbaycan - Türkiyə Kolorektal Cərrahiyyə Günləri

II Azərbaycan - Türkiyə Kolorektal Cərrahiyyə Günləri

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında keçirilmiş “II Azərbaycan – Türkiyə Kolorektal Cərrahiyyə Günləri” konfransının açılışında klinikanın direktoru, professor Surxay Hadıyev iştirakçıları salamlayaraq konfransın proqramı və əhəmiyyəti barədə məlumat verib.
İki ölkənin dövlət himnləri səsləndirildikdən sonra tanınmış cərrah, akademik Böyükkişi Ağayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Kolorektal Cərrahlar Dərnəyinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva ölkəmizdə kolorektal cərrahiyyənin tarixi, inkişafı və müasir səviyyəsi, rəhbərlik etdiyi qurumun son iki ildə gördüyü işlər və iştirak etdiyi tədbirlər barədə hesabat verib.
Avropa Koloproktologiya Cəmiyyətinin prezidenti, Ankara Universitetinin professoru Ethem Gecim “Perianal fistullar zamanı cərrahi taktika”, “Büzdümün dermoid kistaları zamanı müasir müalicə prinsipləri”, Ankara Universitetinin professoru Ayhan Kuzu “Anarektal bölgənin anatomiyası”, “Babasil xəstəliyi və müalicəsi”, ATU-nun professoru Eldar Əliyev “Perianal fistulların setonla müalicəsi”, Ankara Universitetinin dosenti Cihangir Akyol “Perianal abseslər”, “Anal çatlarda müalicə üsulları”, ATU-nun dosenti Solmaz İmanova “Rektal prolaps” mövzularında məruzə ediblər.
Məruzələr ətrafında müzakirələr aparılıb.
Konfrans iştirakçılarına sertifikatlar verilib.шаблоны для dle 11.2





Sentyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova