Valyuta.com

Yaşlı insanlarda neyrocərrahi və ortopedik xəstəliklər müzakirə edilib

Yaşlı insanlarda neyrocərrahi və ortopedik xəstəliklər müzakirə edilib

İsrailin Ben-Qurion Universitetinin və Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşlarının birgə iştirakı ilə seminar keçirilib.
ATU-nun Tədris Cərrahiyyə Klinikasında baş tutan, iki gün davam edən tədbiri universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nadir Zeynalov açaraq, İsrail universitetinin ATU ilə uzunmüddətli əməkdaşlığının tarixindən söhbət açıb, hər iki ali təhsil və tibb müəssisəsinin bir sıra mötəbər tədbirlər keçirdiyini qeyd edib. O, budəfəki seminarın mövzusunun yaşlı insanlarda neyrocərrahi, ortopedik xəstəliklər və onların xüsusiyyətləri ilə bağlı olduğunu bildirib.
Tədbirdə Aleks Gefterin “Yaşlı xəstələrdə onurğa sütunu cərrahiyyəsi”, İsrael Melamedin “Yaşı 70-dən yuxarı olan xəstələrdə neyrocərrahi müdaxilələr”, ATU-nun Neyrocərrahiyyə kafedrasının rezidenti Səbuhi Etibarlının “Osteoporoz və vertebroplastika” mövzularında məruzələri dinlənilib.
Növbəti gün seminar öz işini “Yaşlı insanlarda demensiya”, “İsraildə ambulator geriatrik yardımın təşkili”, “ATU-nun Tədris Terapevtik Klinikasında geriatrik pasiyentlərin statistik göstəriciləri” mövzularında məruzələrlə davam etdirib.
Qeyd edək ki, məruzəçilərdən Aleks Gefler ilə Yan Press əslən Bakıdandırlar. İsrailin nüfuzlu univeristetlərindən hesab olunan Ben-Qurion ilə ATU arasında əməkdaşlığın genişlənməsi məhz onların sayəsində baş tutub.шаблоны для dle 11.2





İyul 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova