Valyuta.com

Əhalinin tibbi profilaktik müayinələri başa çatıb

Əhalinin tibbi profilaktik müayinələri başa çatıb

5 milyon 638 min nəfər müayinələrdən keçirilib


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin tibbi profilaktik müayinəsi ilə əlaqədar görülən tədbirlər sərçivəsində, səhiyyə nazirinin müavini Nigar Əliyevanın “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” imzaladığı sərəncama əsasən, bu il fevralın 12-dən mayın 12-dək nəzərdə tutulan tibbi müayinələr yekunlaşıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ölkə əhalisinin yaşı 18-dən yuxarı 5 638 115 nəfəri tibbi müayinələrdən keçirilib. Onların 338 min nəfərində müxtəlif növ xəstəliklər aşkar edilib.
Aparılan tibbi müayinələrin yekununa görə, aşkar edilmiş patologiyalar arasında qan dövranı və tənəffüs sistemi xəstəlikləri üstünlük təşkil edir. Ayrı-ayrılıqda hər iki xəstəliklər qrupu üzrə 50 min nəfərdən çox əhalinin əziyyət çəkdiyi məlum olub. Ən aşağı xəstəlik göstərici isə infeksion xəstəliklərdə müşahidə edilib: müayinədən keçənlərin 8 min nəfərində belə xəstəliklərə rast gəlinib.
Müayinələr zamanı 27,7 min nəfər stasionar müalicəyə cəlb edilib, 58,6 min nəfər dispanser nəzarətinə götürülüb, 1,8 milyon nəfərdən çox ölkə sakini əlavə müayinələr olunması üçün müxtəlif xəstəxanalara göndərilib.
Ölkəmizin şəhər və rayonlarında səhiyyə müəssisələri rəhbərlərinin və regionlara ezam olunan mütəxəssislərdən ibarət qrupların səyləri nəticəsində 166,2 min nəfər sağlamlığına qovuşub.шаблоны для dle 11.2





Noyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova