Valyuta.com

Milli Məclisin Səhiyyə komitəsi “Dərman vasitələri haqqında” Qanuna dəyişiklikləri müzakirə etdi

Milli Məclisin Səhiyyə komitəsi “Dərman vasitələri haqqında” Qanuna dəyişiklikləri müzakirə etdi

Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclasında komitə sədri Əhliman Əmiraslanov gündəlikdə iki məsələnin durduğunu deyib. Birinci məsələnin – “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna edilən dəyişikliyin redaktə xarakterli olduğunu, bu Qanunu “Məktəbəqədər təhsil haqqında” Qanuna uyğunlaşdırmaq məqsədi daşıdığını bildirib.
İkinci məsələnin vacibliyini önə çəkən Səhiyyə komitəsinin sədri vurğulayıb ki, təbabətdə dərman təhlükəsizliyi prioritet istiqamətdir. Əhalinin yüksək keyfiyyətli dərmanlarla təchiz olunması dövlətimizin diqqət mərkəzindədir. Bu baxımdan son illərdə çox işlər görülüb – apteklərdə qiymətlər optimallaşdırılıb, dərmanların keyfiyyətinin yoxlandığı laboratoriyanın maddi-texniki bazası yenilənib və keyfiyyətə nəzarət artırılıb, ölkəyə saxta dərman vasitələrinin gətirilməsinə qarşı mübarizə aparılır.
Əhliman Əmiraslanov bildirib ki, neqativ halların qarşısını almaq, əhalinin dərman təchizatını günün tələbləri səviyyəsində qurmaq üçün “Dərman vasitələri haqqında” Qanunun təkmilləşdirilməsinə ehtiyac var. Bu məqsədlə səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin rəhbərliyi ilə işçi qrup yaradılıb. Səhiyyə, Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, “Avromed” şirkətinin nümayəndələri də həmin işçi qrupa cəlb olunub.
İclasda işçi qrupun hazırladığı “Dərman vasitələri haqqında” Qanuna dəyişikliklər edilməsi barədə” məsələni təqdim edən Musa Quliyev bildirib ki, qüvvədə olan qanuna 2006-2017-ci illər ərzində 14 dəfə günün tələblərindən irəli gələn dəyişikliklər edilib. Hazırda müzakirəyə çıxarılan layihə 15-cidir. Cəmi 19 maddədən ibarət olan Qanunun 10 maddəsinə 30 dəyişiklik və əlavə nəzərdə tutulub.
Musa Quliyev həmin dəyişiklikləri ətraflı şərh etdikdən sonra komitədə fikir mübadiləsi aparılıb. Deputatlar Qənirə Paşayeva, Rafiq Məmmədhəsənov, Sədaqət Vəliyeva, Kamaləddin Qafarov, Məlahət İbrahimqızı yeni layihənin mütərəqqiliyini qeyd ediblər. “Dərman vasitələri haqqında” Qanunda aparılan dəyişikliklərin bu sahədə ciddi dönüş yaradacağına, saxta dərman vasitələrinin bazara çıxarılmasının qarşısını alacağına inam ifadə olunub. Çıxışlarda bir sıra təkliflər də səslənib.
Müzakirədə iştirak edən işçi qrupun üzvlərindən Səhiyyə Nazirliyinin nümayəndələri Elxan Əzizov, Murad Süleymanov, Pərviz Əzizbəyov qanun layihəsi üzərində intensiv iş aparıldığını, praktikada rast gəlinən halların qanunla tənzimlənməsinin vacibliyini qeyd ediblər.
Yekunda komitə sədri Əhliman Əmiraslanov qanun layihəsini hazırlayan işçi qrupa təşəkkürünü bildirib.
İclasda baxılan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.шаблоны для dle 11.2





May 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova