Valyuta.com

Respublika Perinatal Mərkəzində seminar keçirildi

Respublika Perinatal Mərkəzində seminar keçirildi

Respublika Perinatal Mərkəzində mamalıqda ölümlə nəticələnməyən ağır halların təhlillərinin keyfiyyətini artırmaq və bu təcrübəni geniş miqyasda tətbiq etmək mövzusunda seminar keçirilib.
İkigünluk seminarda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Ümumdünya Səhiyyə Təşkilatının, BMT-nin Əhali Fondunun və ölkəmizin müxtəlif səhiyyə ocaqlarının nümayəndələri iştirak ediblər.
Mərkəzin direktoru, Səhiyyə Nazirliyinin mamalıq-ginekologiya üzrə baş mütəxəssisi və Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova bildirib ki, ötən il Azərbaycanda 20 ana ölümü faktı qeydə alınıb, 50-dən çox tibb işçisi cəzalandırılıb. Cari ilin 3 ayı ərzində Azərbaycanda 7 ana ölümü (o cümlədən 3-ü Bakıda, 4-ü bölgələrdə) baş verib. Bu hadisələrə görə 12 nəfərə töhmət verilib, 1 nəfər həbs edilib.
“Hamilə qadınlar adətən xəstəliklərini həkimlərdən gizlədirlər. Əgər onların xəstəlikləri əvvəlcədən bilinsə, göstərilən tibbi xidmət daha keyfiyyətli olar. Hamilə qadınlar arasında əsasən anemiya, qan, böyrək və ürək xəstəlikləri geniş yayılıb. Həmin xəstəliklər hamilə qadınları risk qrupuna daxil etmək üçün meyar hesab olunur”, - deyə baş mama-ginekoloq vurğulayıb.
S.Məmmədova 2017-ci ildə Azərbaycanda 37 618 abort icra edildiyini də qeyd edib. O deyib ki, abort edilənlər əsasən 18-25 yaşlı qadınlar olub, abortdan sonra ölüm və ağırlaşma halı baş verməyib.шаблоны для dle 11.2





Aprel 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova