Valyuta.com

Elektron nəzarət sisteminin tətbiqi təcili tibbi yardım xidmətinin səviyyəsini yüksəldəcək

Elektron nəzarət sisteminin tətbiqi təcili tibbi yardım xidmətinin səviyyəsini yüksəldəcək

Təcili tibbi yardım xidmətinin bölmələrində və mərkəzi dispetçer şöbəsində elektron əlaqələrin qurulması sahəsində aparılan işlər ən yaxın günlərdə başa çatacaq. Demək olar ki, xidmətin bütün bölmələrində elektron kameralar quraşdırılıb, internet əlaqəsi yaradılıb. Planşetlərlə telemetrik əlaqə nəticəsində bütün prosesləri nəzarətdə saxlamaq mümkün olacaq.
Bu barədə təcili yardım xidmətində elektron nəzarət sisteminin tətbiqinin genişləndirilməsinə həsr edilmiş mətbuat konfransında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.
O, təcili yardımın elektron nəzarət xəritəsi, planşetlər vasitəsilə təcili yardım avtomobillərinə nəzarət, bu avtomobillərdə kameraların quraşdırılması və digər mövzular barədə danışarkən deyib: “Son on gün ərzində “103” xidmətində ATS-in yenidən qurulması nəticəsində iki optik xətt istifadəyə verilib və müasir avadanlıqlarla təchiz olunub. Onun qurulması sayəsində texniki imkanlar daha da yaxşılaşıb və eyni vaxtda 35 çağırış qəbul edilməsinə imkan yaranıb. Bundan sonra çağırışların planşetlər vasitəsilə briqadaya ötürülməsi, sənədləşdirilməsi və elektron baza sistemində toplanılması mümkün olacaq. Planşetlərdə olan kameralar vasitəsilə zəruri hallarda ixtisaslı həkimlərlə konsultasiya aparılması da mümkündür. Avtomobillərdə olan müasir texniki vasitələr də xidmətin bu sahəsinin işinin yaxşılaşmasına səbəb olacaq”.
Stansiyanın baş həkiminin müalicə işləri üzrə müavini İradə Əliyeva ötən ilki statistikanı jurnalistlərə çatdırıb: “İl ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 693,6 min dəfədən artıq müraciət olunub və həmin müraciətlər nəticəsində 63,3 min nəfər xəstəxanalara yerləşdirilib. Stansiyada əvvəllər fəaliyyət göstərən pediatrik briqadalar bərpa olunub. Reanimasiya tədbirləri nəticəsində 2 mindən çox ağır vəziyyətdə olan xəstə xilas edilib. Ürək-damar xəstəlikləri ilə əlaqədar daxil olan 15 mindən artıq müraciət edənlərin 12,3 mini xəstəxanaya yerləşdirilib. Miokard infarktı ilə müraciət edən 865 nəfərdən 814-ü stasionarda müalicə alıb. Uşaqlarla əlaqədar stansiyaya 82 min çağırış daxil olub, onlardan 12,5 mindən çoxu hospitalizasiya edilib”.
Baş həkimin müavini onu da söyləyib ki, il ərzində edilən müraciətlərin 3 mindən çoxu doğuşla, 24,9 mini bədbəxt hadisə ilə əlaqədar olub. Avtoqəzalar nəticəsində il ərzində 2,4 minə yaxın xəsarət alan olub.
Baş həkimin digər müavini Murad Mirzəzadə deyib: “Saat 16-dan gecə saat 2-dək çağırışların ən pik dövrü hesab olunur. Elə saat olur ki, 300 müraciət qəbul edirik. Belə olanda çeşidləmə nəticəsində daha təcili tibbi yardım göstərilməsi zəruri olan ünvanları seçib, əvvəlcə onlara xidmət göstərmək məcburiyyəti yaranır”.
O, xidmətin fəaliyyətinin bəzi məqamları, o cümlədən çağırışların bir qismində düzgün ünvan verilməməsi və ya yanlış verilməsinin gecikmələrə səbəb olduğu barədə də jurnalistlərə məlumat verib. Qeyd olunub ki, həmin hallar xidmətdə istifadə edilən paytaxtın elektron xəritəsi vasitəsilə aradan qaldırılır.шаблоны для dle 11.2





Aprel 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova