Valyuta.com

Neonatal reanimasiya üzrə təlimlər keçirilir

Neonatal reanimasiya üzrə təlimlər keçirilir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Yenidoğulmuşların reanimasiyası üzrə praktik təlim kursu”na başlanılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, kurs Amerikanın Pediatrik Akademiyası və Amerika Kardioloji Assosiasiyasının beynəlxalq səviyyədə sertifikatlaşdırılmış perinatal yardıma dair təlim proqramı əsasında keçirilir. Ölkəmizin şəhər və rayonlarının doğuşayardım müəssisələrində çalışan tibb mütəxəssisləri üçün nəzərdə tutulan kursda həmçinin reanimasiyaya köçürülmüş körpələrin müalicə-müşahidə proqramını tərtib etmək bacarığı da öyrədilir.
Səhiyyə Nazirliyinin neonatologiya üzrə baş mütəxəssisi Rüstəm Hüseynov antenatal (doğuşa qədər müddət), intranatal (doğuş zamanı) və postnatal (doğulduqdan sonra) dövrlərdə körpələrdə müşahidə olunan problemlər və onların aradan qaldırılması üçün görülə biləcək tədbirlər haqqında kurs iştirakcılarına məlumat verib, reanimasiyaya hazırlıq, adaptasiya dövrü, neonatal qayğının ilkin addımları, neonatal reanimasiyanın icmalı və prinsiplərindən söz açıb.
Təlim kursunda yenidoğulmuşların reanimasiyasında istifadə edilən yeni texnologiyalar, təcili və təxirəsalınmaz halların profilaktikası, erkən diaqnostikası və müalicəsinə dair ən müasir məlumatlar tədris olunur, eyni zamanda, onların təcrübədə tətbiqi öyrədilir. Həmçinin iştirakçılara komanda işinin aparılması və yenidoğulmuşlara keyfiyyətli tibbi yardım göstərilməsi, xüsusi avadanlıq və qurğular olmadıqda körpələrə ilkin ixtisaslaşdırılmış yardım edilməsi, müvafiq tibb müəssisələrinə onların vaxtında çatdırılmasının təmin olunması ilə bağlı ətraflı məlumat verilir.
Qeyd edək ki, kurs Səhiyyə Nazirliyi tərəfindən akkreditə olunub, onun kredit miqdarı 25 bal təşkil edir. Təlimi müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunacaq.шаблоны для dle 11.2





Noyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova