Valyuta.com

ATU ilə ÜST arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

ATU ilə ÜST arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ölkəmizdə səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İctimai səhiyyə və səhiyyə sistemləri bölməsinin direktoru Hans Kluge ilə görüşüb.
Azərbaycanla ÜST arasındakı əməkdaşlığın genişləndirilməsində Tibb Universitetinin rolunun müzakirə olunduğu görüşdə Hans Kluge ölkəmizdə əhalinin sağlamlığının qorunması sahəsində görülən işləri yüksək qiymətləndirib. O, ÜST ilə Azərbaycanın səhiyyə sahəsində fəaliyyət göstərən dövlət qurumları arasında uzun illik əməkdaşlıq mövcud olduğunu bildirərək qeyd edib ki, bu işbirliyi çərçivəsində Azərbaycan təmsilçiləri mütəmadi olaraq ÜST-nin keçirdiyi toplantılarda iştirak edir, təşkilatın ölkəmizdəki ofisi əməkdaşlığın genişləndirilməsi üçün fəal iş aparır. Bununla yanaşı, ÜST tərəfindən Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi, ictimai səhiyyə, uşaq və ana ölümünün qarşısının alınması və bir sıra digər məsələlərlə bağlı müxtəlif layihələr həyata keçirilir. Təşkilat əməkdaşlığın genişləndirilməsinə dəstək verməyə hazırdır.
ATU-nun rektoru, professor G.Gəraybəyli ölkəmizlə ÜST arasında sıx əməkdaşlıqdan məmnunluğunu bildirib, qurumun ölkəmizdəki ofisinin bu işdə böyük töhfəsi olduğunu söyləyib. Azərbaycan Tibb Universitetinin ÜST-nin Kimyəvi Risklərin Qiymətləndirilmə Şəbəkəsinin üzvü olduğu qeyd edilib. Professor təşkilatın layihələrdə yaxından iştirak etdiyini və əlaqələrin daha intensiv xarakter almasının tərəfdarı olduğunu bildirib. Ölkəmizdə səhiyyə və təhsil sahəsinin inkişafı üçün xeyli işlər görüldüyünü söyləyən rektor bu iki sahənin əlaqələndirilməsində ATU-nun rolunu vurğulayıb, burada rezidentura sisteminə keçidi tibb təhsili sahəsində ən böyük dönüş nöqtələrindən biri adlandırıb.
Universitetdə rezidentura pilləsi, rezidentlərin mübadilə proqramı və digər yeniliklər barədə də məlumat verən professor G.Gəraybəyli burada fəaliyyət göstərən klinikaların zəngin maddi-texniki baza, müasir cihaz və avadanlıqla təchiz edildiyini qeyd edib. Bildirib ki, özünümaliyyələşdirmə əsasında fəaliyyət göstərən klinikalarda tələbə və rezidentlər həm nəzəri, həm də praktik biliklərə yiyələnirlər. Yaxın vaxtlarda həmin müalicə ocaqlarında tibbi sığorta sisteminin tətbiqi də nəzərdə tutulub.
Professor dərs proqramlarının yenilənməsinin vacibliyini və bu sahədə çoxşaxəli beynəlxalq əlaqələrdən yararlanmaq niyyətində olduqlarını diqqətə çatdırıb. Universitetdə Tibbi profilaktika fakültəsinin “ictimai səhiyyə” adlandırılmasının həmin ixtisasa yiyələnənlərin diplomunun digər ölkələrdə tanınmasına yardım edəcəyinə əminliyini ifadə edib, hazırda həmin fakültədə profilə uyğun fənlərin tədrisi istiqamətində işlər görüldüyünü bildirib.
ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov çıxış edərək, universitetdə tətbiq edilən yeniliklər barədə məlumat verib.
Görüşdə iştirak edən ÜST-nin ölkəmizdəki nümayəndəliyinin rəhbər Kamran Qaraxanov bu qurumla ATU arasındakı əməkdaşlığın daha da genişləndirilməsi barədə danışıb.
Görüş zamanı ölkəmizdə tibb təhsilinin inkişafı ilə əlaqədar gələcək planlar haqqında da müzakirələr aparılıb.шаблоны для dle 11.2





May 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova