Valyuta.com

“Sağlam böyrək – sağlam qadın”

“Sağlam böyrək – sağlam qadın”

Bu deviz altında Ümumdünya Böyrək Gününə həsr olunmuş konfrans keçirilib

Hazırda ölkəmizdə yaş həddi 6-dan 84-dək olan 3400-dən çox hemodializ xəstəsi var. Onların 1400-ə yaxını Bakıda, 2000-dən çoxu bölgələrdədir. Böyrək xəstələrinə 616 hemodializ aparatı, 86 dializ həkimi və 489 orta tibb işçisi xidmət edir. Keçən il 1225 yeni xəstə qəbul olunub. Xəstələrdən 189-da hepatit B, 349-da isə hepatit C virusu aşkar edilib.
Bu barədə Ümumdünya Böyrək Gününə həsr olunan konfransda M.Cavadzadə adına Respublika Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Fariz Babayev məlumat verib. O bildirib ki, bu ilin yanvarınadək ölkəmizdə 41 hemodializ mərkəzi, o cümlədən regionlarda 35 mərkəz fəaliyyət göstərib. Bu il daha iki mərkəz açılıb, yaxın iki həftə ərzində isə daha iki hemodializ mərkəzinin açılışı gözlənilir. Onun sözlərinə görə, keçən il 246 xəstə Bakıda, 392 xəstə regionlarda olmaqla, 638 xəstə həyatını itirib. Ötən il ərzində 758 xəstəyə böyrək köçürülüb.
F.Babayev konfrans iştirakçılarına yeni yaranan "Nefrologiyanın inkişafına yardım" İctimai Birliyi haqqında məlumat verib, onun bu sahədə ilk qeyri-hökumət təşkilatı olduğunu qeyd edib.
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında baş tutan tədbiri giriş sözü ilə açan universitetin elmi işlər üzrə prorektoru Rauf Bəylərov konfransın “Sağlam böyrək – sağlam qadın” devizi altında keçirildiyini söyləyib.
Səhiyyə Nazirliyinin baş nefroloqu Mətləb Ağayevun rəhbərliyi ilə keçən konfransda xronik qlomerulonefriti olan uşaqlarda nefrin və podosin genlərində polimorfizmlərin heterogenliyi, diabet nefropatiyasının mikroalbuminuriya dövründə böyrəklərin funksional vəziyyəti, hemodializ zamanı seçimli ultrafiltrasiyanın tətbiqinin əhəmiyyəti, lipopolisaxarid endotoksinin təsirindən böyrəklərdə baş verən patomorfoloji dəyişikliklərin xüsusiyyətləri və hiperurikemiya müşahidə edilən böyrək xəstəliklərinin müalıcəsində Adenurikin tətbiqi təcrübəsi mövzusunda məruzələr dinlənilib.шаблоны для dle 11.2





Mart 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova