Valyuta.com

Dörd yaşadək uşaqları sensonevral ağır eşitmədən xilas etmək mümkündür

Dörd yaşadək uşaqları sensonevral ağır eşitmədən xilas etmək mümkündür

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 365 milyonu karlıq və eşitmə problemlərindən əziyyət çəkir, onlardan 32 milyonunu uşaqlar təşkil edir.
Bu sahədə Azərbaycanda xeyli işlər görülüb, Azərbaycan Tibb Universitetində (ATU) Eşitmə Mərkəzi açılıb. Burada təkcə adi qulaq əməliyyatları deyil, həm də anadangəlmə ağır dərəcədə eşitmə zəifliyi olan uşaqlar üzərində cərrahi müdaxilələr aparılıb. Bu barədə ATU-nun Cərrahiyyə Klinikasında təşkil olunan, Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığı Gününə həsr edilən tədbirdə klinikanın Qulaq-burun-boğaz şöbəsinin müdiri Murad Şıxəliyev məlumat verib.
Toplantını giriş sözü ilə ATU-nun LOR kafedrasının müdiri, professor Vəfa Pənahian açaraq, bu gün haqqında, dünya əhalisinin 6 faizinin əziyyət çəkdiyi bu problem barədə danışıb. Onun verdiyi məlumata görə, hazırda ölkəmizdə 10 min nəfər eşitmə problemlərindən əziyyət çəkir.
LOR kafedrasının assistenti Afaq Şadlinskaya eşitmə probleminin səbəblərindən danışıb, bildirib ki, irsi faktor, qohum nikahlar, qanda bilurubinin miqdarının 30 faizdən çoxluğu, hamiləlik patologiyaları və zərərli dərman preparatlarının qəbulu eşitmə əngəlinə səbəb olur. Problemin aradan qaldırılması üçün yeganə yol koxlear implantasiya əməliyyatıdır. Əməliyyat bahalı olduğuna görə, 2015-ci ilin oktyabrında ölkəmizdə sensonevral ağır eşitmə problemindən əziyyət çəkən uşaqların müayinə və müalicəsi, koxlear implantasiya əməliyyatı aparılması ilə əlaqədar xüsusi komissiya yaradılıb. İndiyədək 450-dən artıq uşaq müayinə edilib və onlardan 59-u dövlət hesabına əməliyyat olunub. Bu əməliyyat üçün ən əsas şərtlərdən biri uşağın 1-4 yaş intervalında olmasıdır, çünki həmin yaşdan sonra nitq mərkəzi bağlanmağa başlayır. Problemdən əziyyət çəkən 4 yaşına qədər uşaqlar hər iki qulağında eşitmə cihazından istifadə etməlidir.
Sonra tədbir iştirakçılarına koxlear implantasiyanın üstünlüklərindən bəhs edən videomaterial nümayiş etdirilib.
Kafedranın rezidenti Esmira Qasımova sindromik ağıreşitmə tipləri, Vaardenburq sindromu, anadangəlmə sensonevral ağıreşitmə halları, habelə eşitmə probleminə səbəb ola bilən digər amillərdən danışıb, onun diaqnostikası və müalicə formaları barədə məlumat verib.шаблоны для dle 11.2





Avqust 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova