Valyuta.com

İİV infeksiyası ölümcül deyil

İİV infeksiyası ölümcül deyil

Respublika QİÇS-lə Mübarizə Mərkəzində (RQMM) QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə “KİV-lərin QİÇS-lə bağlı stiqma və diskriminasiyaya qarşı mübarizədə rolu” mövzusunda təlim keçirilib. Tədbirdə media nümayəndələri ilə yanaşı, tələbələr də iştirak ediblər.
Təlimin açılışında çıxış edən RQMM-in Təşkilati-metodiki şöbəsinin müdiri Eldəniz Muradov bildirib ki, tədbirin məqsədi media vasitəsilə cəmiyyətin İİV (insanın immunçatışmazlığı virusu) infeksiyası barəsində məlumatlandırılmasına və xəstələrə qarşı tolerant münasibətə nail olmaqdır.
Sonra infeksiya və xəstəliyə aid videoçarx nümayiş olunub.
Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov “İİV/QİÇS infeksiyası haqqında məlumat: dünyada və Azərbaycanda vəziyyət” mövzusunda təqdimatla çıxış edib. Virusa yoluxma halları, qorunma və müalicə üsulları haqqında məlumat verən şöbə müdiri bildirib ki, bu xəstəliyə və virusa qarşı vaksin və tam müalicə mövcud olmasa da, vaxtında qoyulan diaqnoz ölüm hallarının qarşısını ala bilər. Xəstəliyin özünü elə də büruzə verməyən gizli mərhələsi bəzən 10 ilə qədər davam edir. Böyüklərin 10 faizində İİV ilk iki il ərzində QİÇS mərhələsinə keçir. Virusa yoluxma hallarının 46,4 faizinə inyeksion narkotik istifadəçiləri arasında rast gəlinir.
“Azərbaycanda 5181 nəfər İİV-lə yaşayan xəstə var. Onlardan 72,2 faizi kişilərdir. İİV infeksiyası 25-49 yaş arası olanlarda üstünlük təşkil edir (81 faiz). QİÇS mərhələsində olanlar isə 26,3 faizə bərabərdir. Ötən il 74 hamilə qadında İİV infeksiyası aşkarlanıb. Altmışa yaxın qadın doğuş etsə də, hamiləlik dövründə tətbiq olunan müayinə və müalicələr nəticəsində körpələrdə virus aşkarlanmayıb. Əgər ana virusa yoluxubsa, o zaman körpə qeysəriyyə əməliyyatı ilə dünyaya gəlməli və ana südü ilə qidalanmamalıdır”, - deyə N.Zülfüqarov öz çıxışında məlumat verib.
Təlim zamanı İİV infeksiyasına yoluxmuş xəstə ilə görüş də təşkil edilib.
Sonra mərkəzin media treneri Ceyhun Nəcəfov “Kütləvi informasiya vasitələrinin İİV/QİÇS-lə bağlı stiqma və diskriminasiya ilə mübarizədə rolu” mövzusunda çıxış edərək, virus və xəstəliklə bağlı media standartları, xəbərin təqdim edilmə qaydası, cəmiyyətin düzgün maarifləndirilmə formaları və xəstəliklə mübarizədə qalib gəlmə yolları haqqında məlumat verib.
“Stiqma və diskriminasiya: Sıfır diskriminasiya” mövzusunda təqdimat edən N.Zülfüqarov hər iki terminin mənası, yaranma tarixi, səbəb və fəsadları barəsində danışıb.
Təlim sual və müzakirələrlə davam edib.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.шаблоны для dle 11.2





May 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova