Valyuta.com

Formula 1 Azərbaycan Qran-Prisinin könüllüləri “İlkin tibbi yardım” təlimi keçiblər

Formula 1 Azərbaycan Qran-Prisinin könüllüləri “İlkin tibbi yardım” təlimi keçiblər

Aprelin 27-dən 29-dək paytaxtımızda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi zamanı tamaşaçılara ilkin tibbi yardım göstərilməsi üçün təlimlər keçirilib.
Respublika Müalicə Diaqnostika Mərkəzində təşkil olunan təlimlərə Azərbaycan Tibb Universitetinin tələbələri və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin əməkdaşlarından ibarət 200 nəfərə yaxın könüllü cəlb edilib.
Səhiyyə müəssisəsində təlim mərkəzinin rəhbəri Samir Zeynalov könüllülərə “İlkin tibbi yardım” mövzusunda nəzəri və praktiki məşğələlər aparıb.
Təlim zamanı ilkin müayinə, ürək masajı, süni tənəffüs, qanaxmanın idarə olunması, sarğıların qoyulması, yanıqların ilkin müalicəsi kimi bir sıra mövzular barədə məlumat verilib. Nəzəri biliklərlə yanaşı, iştirakçılar ilkin tibbi yardımın göstərilməsinə dair praktiki məşğələlərə də cəlb olunublar.шаблоны для dle 11.2





Mart 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova