Valyuta.com

Orqan Transplantasiyası Günləri konfransı

Orqan Transplantasiyası Günləri konfransı

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında IV Bakı-Malatya Orqan Transplantasiya Günləri konfransı keçirilib.
Tədbirdə Klinikanın direktoru, professor Surxay Hadıyev konfransın əhəmiyyətindən bəhs edib. Orqan nəqlinin tətbiqində Azərbaycan və Türkiyənin nailiyyətlərindən danışan natiq bu sahədə uğurlu əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Professor Sezai Yılmazın rəhbərliyi altında Bakıya gələn qonaqları salamlayan S.Hadıyev konfransın işinə uğurlar arzulayıb.
ATU-nun I Cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov 2015-ci ildə keçirilmiş ilk konfransdan sonra hər il fevral-mart aylarında iki ölkə alimlərinin orqan transplantasiyası ilə əlaqədar belə tədbirə toplaşmasının artıq ənənə halını aldığını söyləyib: “Malatyanın Qaraciyər Nəqli İnstitutu ilə çox geniş və hərtərəfli əlaqələrimiz var. Həm tədris, həm elm, həm də praktiki əlaqələr qurmuşuq. Azərbaycan Tibb Universitetinin 10-dan çox əməkdaşı Qaraciyər Nəqli İnstitutunda ixtisaslaşma kursu keçib. 2012-ci ildən İnönü Universiteti ilə əməkdaşlıq müqaviləmiz var və əməkdaşlarımız həmin ali təhsil ocağında ixtisaslaşma keçirlər. Alim və tədqiqatçılarımız müştərək elmi araşdırmalar aparırlar”.
Malatya Universitetinin Qaraciyər Nəqli İnstitutunun professoru Sezai Yılmaz bu konfransda iştirakdan qürur duyduğunu deyib: “Qarşılıqlı fikir mübadiləsinin, qaraciyər transplantologiyası barədə danışıqların, orqan nəqli problemlərinin müzakirəsinin hər iki tərəf üçün faydalı olacağına ümid bəsləyirəm”.
Konfransda İnönü Universiteti Qaraciyər Transplantasiyası İnstitutunun dosenti Fatih Özdemir, Tədris Cərrahiyyə Klinikasının assistenti Ruslan Məmmədov, İnönü Universiteti Qaraciyər Transplantasiyası İnstitutunun professorları Cəmaləddin Aydın, Ramazan Kutlu və Burak İşık qaraciyər transplantasiyasının ən müxtəlif aspektləri barədə məruzələr ediblər.шаблоны для dle 11.2





Avqust 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova