Valyuta.com

Məktəbəqədər təhsil müəssisələrində tibbi xidmət qaydaları təsdiq edilib

Məktəbəqədər təhsil müəssisələrində tibbi xidmət qaydaları təsdiq edilib

Azərbaycan Respublikası Nazirlər Kabineti “Məktəbəqədər təhsil müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidmətinin göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərar qəbul edib.
Yeni qaydalara əsasən, məktəbəqədər təhsil müəssisələrində təhsilalanlara tibbi xidmət bu müəssisələrin tibb işçiləri və ya ərazi üzrə ambulator-poliklinika müəssisəsinin məktəbəqədər təhsil müəssisəsinə təhkim olunmuş tibb işçiləri tərəfindən göstərilir.
Məktəbəqədər təhsil müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlar üçün fərdi qaydada aparılacaq müalicə-bərpa xidmətləri icbari dispanserizasiyanı həyata keçirən dövlət tibb müəssisələri tərəfindən müəyyən edilir. Belə uşaqlara əlavə müalicə-bərpa xidmətləri Nazirlər Kabinetinin 2014-cü il 23 aprel tarixli 109 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi Qaydası”na və “Xəstə və xəstələnmə riski olan uşaqlar üçün müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi Qaydası”na uyğun olaraq həyata keçirilir.
Qərara görə, məktəbəqədər təhsil müəssisəsində müalicə və ya müalicə-bərpa xidmətinə ehtiyacı olan uşaqlara, təxirəsalınmaz hallar istisna olmaqla, digər tibbi xidmətlər onların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı ilə göstərilir. Əlavə müalicə-bərpa xidmətlərinin nəticələri ərazi üzrə ambulator-poliklinika müəssisəsinin məktəbəqədər təhsil müəssisəsinə təhkim olunmuş həkimi tərəfindən qiymətləndirilir. Uşağın sağlamlıq vəziyyətindən asılı olaraq, ehtiyac olduqda bu tədbirlər davam etdirilir. Aparılan əlavə müalicə-bərpa tədbirləri barədə məlumatlar “Uşağın Dispanser Müşahidə Kartı”nda (AZS 030/u) qeyd edilir və Vətəndaşların Elektron Sağlamlıq Kartı Sisteminə (VESKS-ə) daxil edilir.
Qərarda həmçinin qeyd olunub ki, məktəbəqədər təhsil müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara bu xidmətlər ödənişsiz göstərilir.шаблоны для dle 11.2





Mart 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova