Valyuta.com

Dərman zəhərlənmələrinə dair tədbir keçirilib

Dərman zəhərlənmələrinə dair tədbir keçirilib

Azərbaycanda dərman vasitələrindən zəhərlənmə halları əsasən dərmanın keyfiyyəti və dozası ilə deyil, istifadəçinin ondan düzgün istifadə etməməsi nəticəsində baş verir. Ölkəmizdə ötən il dərmandan zəhərlənmələr nisbətən azalıb. Belə ki, 2016-cı ildə 732 hadisə müşahidə edilmişdisə, 2017-ci ildə 714 belə hal baş verib. Ən çox kəskin zəhərlənmə verən sedativ, yuxugətirən və qıcolma əleyhinə olan preparatlardır. Təəssüf ki, zəhərlənmə hallarının 17 faizi valideynlərin nəzarətindən yayınaraq dərmanlardan istifadə edən uşaqlarda müşahidə olunub. Kəskin zəhərlənmələrə aid olmayan, medikamentoz və kimyəvi maddələrin əlavə təsirləri ilə əlaqədar 2016-cı ildə 246, 2017-ci ildə isə 230 xəstə olub. Müşahidələr göstərir ki, həmin hallar əsasən başağrısı zamanı istifadə olunan dərmanlar və antibiotiklərin qəbulu nəticəsində yaranır.
Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində (AEM) keçirilən dərman vasitələrindən zəhərlənmələrə dair mətbuat konfransında Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, həkim-toksikoloq İsmayıl Əfəndiyev məlumat verib.
Onun dediyinə görə, virus infeksiyası zamanı qəbul edilən antibiotik vasitələrin heç bir müalicəvi təsiri yoxdur. Əksinə, həmin vaxt orqanizmin immuniteti zəiflədiyinə görə, antibiotik qəbulu allergiya və digər xoşagəlməz fəsadlarla nəticələnir.
Tədbirdə AEM-in Dərman vasitələrinin qeydiyyatı və ekspertizası şöbəsinin baş mütəxəssisi Ulduz Eyvazova bildirib ki, düzgün istifadə edilmədikdə, aptekdən alındıqdan sonra evdə normal şəraitdə saxlanılmadıqda dərmanlardan zəhərlənmələr baş verə bilər: “Çox vaxt dərmanlardan zəhərlənmələr onların keyfiyyətsiz olması ilə deyil, doza həddinin gözlənilməməsi və ya aşılması ilə əlaqədar olur. Hər bir dərman vasitəsinin içlik vərəqəsində onun əlavə təsirləri haqqında da məlumat var. Məsələn, şərbət və göz damcılarının bağlı halda istifadə müddəti uzun müddətə ola bilər, ancaq ilkin açılandan sonra yararlılıq müddəti preparatdan asılı olaraq bir həftədən 28 günədək olur və bu müddətdən sonra istifadəsi fəsad törədə bilər. Bəzən elə hal olur ki, üstündəki saxlanılma müddətinə baxaraq, bir neçə ay və hətta il əvvəl alınmış dərmanın uşağa içirilməsi, birdəfəlik əvəzinə sutkalıq dozanın qəbul edilməsi də zəhərlənmələrə səbəb olur”.
Mərkəzin Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasının müdiri Çingiz Şükürov keyfiyyətsiz dərman vasitələri barədə danışarkən deyib: “Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasında “OKSİAM-B” göz damcısı dərman formasında olan məhsulun nümunələrinin fiziki-kimyəvi və mikrobioloji ekspertizası nəticəsində nümunənin tərkibindəki inqrediyentlərin miqdarının qeyd olunan göstəricilərdən aşağı olması, sitikolin təsiredici maddəsinin ümumiyyətlə olmaması, pH göstəricisinin qələvi mühitə yaxınlığı, sıxlığının aşağılığı və nümunənin qeyri-sterilliyi müəyyən edilib. Nümunə keyfiyyətsiz, qeyri-effektiv, yararsız və sağlamlıq üçün təhlükəli olduğuna görə saxta, mənşəyi məlum olmayan məhsulun idxalı, satışı və oftalmoloqlar tərəfindən istifadəsi qadağan edilib. Topdan və pərakəndə əczaçılıq müəssisələrinə məhsulun yığışdırılması barədə xəbərdarlıq olunub”.
Laboratoriya müdiri həzm pozuntusu, mədə-bağırsaq sistemi xəstəliklərində və zəhərlənmə zamanı istifadə edilən aktivləşdirilmiş kömürün tərkibində qalıq suyun miqdarı normadan yuxarı olduğuna görə həmin dərman preparatının ölkəmizin ərazisinə buraxılmadığını da söyləyib.
Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət sektorunun müdiri Elmin Quliyev bildirib ki, ötən ilin yekunlarına əsasən, 150-yə yaxın dərman vasitəsinin əlavə təsiri haqqında bildiriş əldə edilib. Bu ilin yanvarında isə 150-dən artıq dərman vasitəsi haqqında məlumat verilib. Şöbə müdirinin dediyinə görə, həddindən çox allergik reaksiyalar və anafilaktik şok verdiyinə görə “Bioporoks” və “Sonofaks” kimi dərman vasitələrinin satışı qadağan edilib. O qeyd edib ki, ölkəmizə daha çox Avropa ölkələrindən dərman vasitələri idxal edilir. Sonrakı yerləri Rusiya, MDB ölkələri, Türkiyədən gətirilən dərmanlar tutur. Banqladeş və Hindistandan da dərmanlar gətirilsə də, onların sayı o qədər də çox deyil.шаблоны для dle 11.2





May 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova