Valyuta.com

Brifinqdə əczaçılıq sahəsindəki yeniliklər barədə ətraflı məlumat verilib

Brifinqdə əczaçılıq sahəsindəki yeniliklər barədə ətraflı məlumat verilib

Analitik Ekspertiza Mərkəzində (AEM) Səhiyyə Nazirliyinin Kollegiyasının qərarına əsasən təsdiqlənmiş “Dərman vasitələrinin topdansatışına dair tələblər”, “Aptek təşkilatlarına dair tələblər” və “Aptek təşkilatlarında dərman vasitələrinin buraxılması Qaydaları”na həsr olunan brifinq keçirilib.
Tədbirdə çıxış edən AEM-in Farmakonəzarət sektorunun müdiri Elmin Quliyev toplantının əsas məqsədinin əczaçılıq sahəsində olan yenilikləri müzakirə etmək və bu barədə ictimaiyyəti maarifləndirmək olduğunu qeyd edib.
Bildirilib ki, topdansatış müəssisələrində işləyən əczaçılar beş ildə bir dəfədən az olmayaraq ixtisasartırma və kadrların hazırlığı müəssisələrində müəyyən proqram üzrə təhsil almalıdırlar. Bundan əlavə, topdansatış müəssisəsində keyfiyyətin idarə edilməsinə ayrılan məsul şəxsin əczaçılıq ixtisası üzrə təhsili, həmçinin etibarlı distribüter praktikasına dair lazımi bilik və təcrübəsi olmalıdır.
Mərkəzin Əczaçılıq subyektləri ilə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyov və Keyfiyyətə nəzarət sektorunun mütəxəssisi Rauf Əfəndiyev öz çıxışlarında Azərbaycanda bir neçə ölkənin dərman istehsalçıları ilə birgə farmakoloji müəssisələrin yaradıldığını və artıq ölkəmizdə yerli dərman istehsalına başlanıldığını bildiriblər. Qeyd olunub ki, bunlar müxtəlif qruplara aid olan dərmanlardır.
Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.шаблоны для dle 11.2





Oktyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova