Valyuta.com

Astarada ana və uşaq sağlamlığı üzrə elmi-praktik seminar

Astarada ana və uşaq sağlamlığı üzrə elmi-praktik seminar

Ana və uşaqların sağlamlığının qorunması dövlətimizin daim diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Pediatriya, Mamalıq və ginekologiya, Şüa diaqnostikası kafedralarının müəllim heyətinin iştirakı ilə Astara şəhərində elmi-praktiki seminar keçirilib.
Astara ilə yanaşı, Lerik, Lənkəran, Masallı, Yardımlı, Cəlilabad rayonlarının ilkin səhiyyə xidmətlərində və xəstəxanalarında həkim-pediatr, mama-ginekoloq, şüa-diaqnostika ixtisasları üzrə çalışan 80 həkimin iştirak etdiyi seminarda ana və uşaqlar arasında xəstəliklərin yayılması, ölüm halları və səbəbləri barədə, eləcə də ölkəmizdə dövlət proqramları çərçivəsində həyata keçirilən, hamilə qadınlara və yenidoğulmuşlara perinatal xidmətlər haqqında geniş məlumatlar müqayisəli şəkildə təqdim olunub. İştirakçılara uşaqların inkişaf qüsurlarının erkən aşkarlanmasına dair yeni yanaşmaların tətbiqi ilə bağlı məlumatlar verilib.
Təqdimatları Ə.Əliyev adına ADHTİ-nin Pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova, Mamalıq və ginekologiya kafedrasının dosenti Reyhanə Hacıyeva, Şüa diaqnostika kafedrasının əməkdaşları Aydın Mirzəyev və Azər Fərəcov, endokrinoloq Hidayət Məmmədzadə aparıblar.
Diskussiya şəklində keçən təqdimatlarda mütəxəssislər seminar iştirakçılarının suallarına ətraflı cavablar veriblər.шаблоны для dle 11.2





Avqust 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova