Valyuta.com

Bakı Ürək Mərkəzində xeyriyyə aksiyası keçirilib

Bakı Ürək Mərkəzində xeyriyyə aksiyası keçirilib

Respublika Diaqnostika Mərkəzinin (RDM) nəzdində fəaliyyət göstərən Bakı Ürək Mərkəzində keçirilmiş xeyriyyə aksiyasi çərçivəsində anadangəlmə ürək qüsuru olan iki yaşadək uşaqlarda mədəciklərarası çəpərin qüsuru uğurla aradan qaldırılıb. Əməliyyatlar mərkəzin kardiocərrahı Elnur Həsənovun rəhbərlik etdiyi həkim briqadası tərəfindən aparılıb.
Uşaqlar əməliyyatdan iki gün sonra evə yazılıblar.
Qeyd edək ki, anadangəlmə ürək qüsurları arasında geniş yayılan bu problem mədəciklərararası çəpərin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalması ilə müşahidə olunur. Belə uşaqlarda həyatlarının üçüncü ayından etibarən durğun ürək çatışmazlığı meydana çıxır, tənəffüsün tezləşməsi, tez yorulma, həddindən artıq tərləmə və çəkidə geri qalma müşahidə olunur.
Kiçik yaşlarında olunan əməliyyatın riski aşağıdır və demək olar ki, xəstəliyin bütün simptomları aradan qalxır.шаблоны для dle 11.2





Noyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova