Valyuta.com

Leykozun diaqnostika və müalicəsi üçün xarici ölkələrə üz tutmağa ehtiyac yoxdur

Leykozun diaqnostika və müalicəsi üçün xarici ölkələrə üz tutmağa ehtiyac yoxdur

Keçən il B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda (ETHTİ) immunohistoloji müayinələrin aparılması üçün müvafiq dövlət proqramı çərçivəsində yeni laboratoriya yaradılıb. Ən müasir avadanlıq və reaktivlərlə təchiz olunan bu laboratoriyada immumohistokimyəvi müayinələrin köməyi ilə qanın bədxassəli xəstəliklərinin tam differensial diaqnostikası, hədəf terapiyanın monitorinqi və xəstəliyin proqnozu müəyyən edilir. Statistik məlumatlara əsasən, hazırda ölkəmizdə dispanser qeydiyyatında 2 200 nəfərdən çox hemoblastozlu xəstə, qanın bədxassəli xəstəliyi diaqnozu müəyyənləşdirilmiş 323 uşaq var. Müalicə alan bütün xəstələr Dövlət Proqramı çərçivəsində ən müasir, innovasion sitostatik dərman preparatları ilə təmin olunurlar. Artıq leykozların diaqnostika və müalicəsi məqsədi ilə xəstələrin xarici ölkələrə üz tutmağına ehtiyac yoxdur.
Bu barədə B.Eyvazov adına ETHTİ-nin direktoru Zöhrə Əlimirzəyeva ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında jurnalistlərə məlumat verib.
Ölkənin hematologiya və transfuziologiya sahəsi üzrə baş müəssisəsi olan institutun 1943-cü ildən fəaliyyət göstərdiyini söyləyən Zöhrə Əlimirzəyeva hazırda onun 3 hissədən – Klinika, Mərkəzi Qan Bankı və Elm bölməsindən ibarət olduğunu deyib: “Klinikanın tərkibinə böyüklər üçün 2 hematoloji şöbə, Uşaq hematologiyası şöbəsi, Reanimasiya və intensiv terapiya şöbəsi, Konsultativ poliklinika şöbəsi, Klinik-diaqnostik laboratoriya və Talassemiyanın profilaktikası şöbəsi daxildir”.
İnstitut direktorunun dediyinə görə, 2017-ci ildə bu tibb müəssisəsinə 14 mindən artıq müraciət olub, onlardan 4600-dən çoxunu ilkin müraciətlər təşkil edib. İl ərzində 329,5 min laborator müayinə, o cümlədən hematoloji, sitoloji, biokimyəvi, immunoloji və molekulyar-genetik müayinələr aparılıb.
Son zamanlar Səhiyyə Nazirliyi tərəfindən qan xidməti və donorluq sahəsində aparılmış köklü islahatlar sayəsində qan xidməti müəssisələrinin şəbəkəsi optimallaşdırılıb, fəaliyyəti təkmilləşdirilib. İndi donor qanı infeksiyalara dəqiq yoxlanır. Aparılmış işlər sayəsində donorların sayı, tədarük edilmiş qan və onun komponentlərinin miqdarı ilbəil artır. 2017-ci ildə Mərkəzi Qan Bankında 44,9 min, ölkə üzrə 85,2 min donor qeydə alınıb, 40670,5 litr qan tədarük edilib.
Zöhrə Əlimirzəyeva qeyd edib ki, qanın bədxassəli xəstəlikləri öz mürəkkəbliyinə, sosial əhəmiyyətinə, geniş yayılmasına, ağır klinik gedişinə və yüksək ölüm səviyyəsinə görə müasir təbabətin ən aktual problemlərindəndir. Dünya üzrə bütün bədxassəli şişlərdən olüm hallarının 6-10%-ni təşkil edən bədxassəli qan xəstəlikləri uşaq və gənc yaşlarında onkoloji patologiyalardan ölüm hallarının strukturunda yüksək göstəricilərə (50% yaxın) malikdir: “Azərbaycan səhiyyəsi onkohematoloji xəstəliklərlə mübarizəyə böyük diqqət ayırır. Ötən ildən icra edilən "2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı" belə xəstəliklərin diaqnostikasının və müalicəsinin müasir səviyyəyə çatdırılmasına, bu xəstəliklərdən əlillik və ölüm hallarının azalmasına yönəldilib. Son zamanlar leykozların diaqnostikası və müalicəsində köklü irəliləyiş müşahidə olunur. Bu, ilk növbədə, leykozların molekulyar-genetik diaqnostika üsullarının tətbiqinə, müxtəlif leykoz növlərinin hədəf terapiyası üsullarının işlənib hazırlanmasına aiddir. B.Eyvazov adına ETHTİ-də xəstəliyin diaqnostikası beynəlxalq standartlara uyğun aparılır, leykoza gətirib çıxaran pozulmalar həm hüceyrə (sitokimyəvi, immunohistokimyəvi), həm xromosom (sitogenetik), həm də gen səviyyəsində (polimeraz zəncirvari reaksiya) müəyyən edilir”.
Direktor bildirib ki, hazırda 27,5 min nəfərin qan xəstəlikləri ilə (hemoblastozlar, irsi və qazanılmış anemiyalar, trombositopeniyalar, koaqulopatiyalar, hemorraqik vaskulitlər və digər qan xəstəlikləri) dispanser qeydiyyatında olduğu institutda 2017-ci ildə 687 nəfər ilkin olaraq qanın bədxassəli xəstəlikləri ilə qeydiyyata götürülüb. Onlardan 603 nəfəri böyüklər, 84 nəfəri uşaqlardır.
Mətbuat konfransında qeyd edilib ki, ötən il nikahqabağı müayinələrdən 136 minə yaxın insan keçib. Onların 3,9 min nəfərə yaxınında talassemiya daşıyıcılığı, 449 nəfərində sifilis, 119 nəfərində İİV infeksiyası aşkar edilib. Müayinədən keçən 41 cütlükdə hər iki nəfərdə talassemiya daşıyıcılığı olduğu müəyyənləşib. 22 nəfərə hamiləlik zamanı prenatal diaqnostika aparılıb.
Direktorun verdiyi məlumata görə, ümumilikdə, indiyədək nikahqabağı müayinələrdən 373,7 min nəfər keçib. Onlardan 14,4 min nəfərdə talassemiya daşıyıcılığı, 1,3 min nəfərdə sifilis, 293 nəfərdə İİV infeksiyası aşkar edilib. Hər ikisi talassemiya daşıyıcısı olan 134 çütlükdən 86-sı instituta müraciət edib. 44 nəfərə hamiləlik zamanı prenatal diaqnostika aparılıb, onlardan 11 xəstə, 26 daşıyıcı və 7 sağlam döl müəyyənləşdirilib.шаблоны для dle 11.2





May 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova